SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Daha 2 xarici şirkət Azərbaycan bazarını tərk edir

Daha 2 xarici şirkət Azərbaycan bazarını tərk edir

Tarix:

20-09-2017, 10:08

/ 57 546 dəfə oxundu.
Daha 2 xarici şirkət Azərbaycan bazarını tərk edir

Almaniyanın sement istehsalı ilə məşğul olan “HeildelbergCement AG” şirkətinin Azərbaycandakı filialı ləğv olunur.

Vergilər Nazirliyinə istinadən xəbər veririk ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirə bilərlər.

Bundan başqa, Almaniyanın tikinti sektorunda məsləhət xidmətləri göstərən “Obermeyer Project Management GmbH” şirkəti də Azərbaycan bazarını tərk edir. Şirkətin yerli filialının ləğv olunkmasına qərar verilib. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 4/189, “Falez Plaza”, 5-ci mərtəbə ünvanına bildirə bilərlər.

Şərhlər

XƏBƏR LENTİ