SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » 60 yaşlı məşhur aparıcı qız üstündə işdən qovuldu

60 yaşlı məşhur aparıcı qız üstündə işdən qovuldu

Tarix:

15-09-2017, 10:43

/ 87 589 dəfə oxundu.
60 yaşlı məşhur aparıcı qız üstündə işdən qovuldu

Mehmet Əli Ərbil qız üstündə işdən qovulub.
Türkiyə mətbuatına istinadən xəbər veririk ki, məşhur şoumen Mehmet Əli Ərbil "Türk malı" serialının çəkilişlərində assistent qızdan xoşu gəlib və ona sevgi mesajları yazmağa başlayıb. Ancaq qız Ərbilin bu mesajlarına cavab verməyib. Mehmet Əli Ərbil serial rəhbərliyinə gedərək "Bu qızı işdən qovun" deyib. Ancaq film şirkəti assistenti işdən çıxarmayacaqlarını deyib.
Film rəhbərləri vəziyyəti "Star Tv"də vəzifəli şəxslərə çatdırıb. Bundan sonra şirkət Mehmet Əli Ərbili işdən çıxartmağa qərar verib. Onun yerinə isə Hamdi Alkan keçib.
Mehmet Əli Ərbilin illərdir aparıcılıq etdiyi “Çarkıfelek” müsabiqə proqramındakı işinə də son verildiyi iddia edilib. Mövzu ilə bağlı hələ bir açıqlama verilməyib.

Şərhlər

XƏBƏR LENTİ