SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İsmayıllı meşəsində yanğın başladı

İsmayıllı meşəsində yanğın başladı

Tarix:

14-09-2017, 16:20

/ 105 864 dəfə oxundu.
İsmayıllı meşəsində yanğın başladı

Bu gün saat 14:30 radələrində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Basqal meşəbəyliyinin Zərgəran kəndi yaxınlığındakı yüksək dağlıq ərazidə yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən daxil olan xəbərə görə, yanğının söndürülməsi üçün dərhal əraziyə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının nümayəndələri cəlb olunub.

Hazırda yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

Şərhlər

XƏBƏR LENTİ