yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Kim günahkardır- Cahangir Hacıyev, yoxsa Elman Rüstəmov?

Kim günahkardır- Cahangir Hacıyev, yoxsa Elman Rüstəmov?
13-09-2017, 15:56 52 671 dəfə baxılıb
yüklənir...

Mərkəzi Bankın rəhbərliyndə təmsil olunanlardan daha kimlər milyonlar manat kredit götürüb?

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov "Respublika-bank”ından, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə bankından pul götürüb , ancaq hələ də qaytarmayıb. Bu barədə iqtidara yaxınlığı ilə seçilən virtualaz.org saytı məlumat yayıb. Saytın 10 sentyabr 2017-ci il tarixində yaydığı məlumatda bu sətrlər yazılanda, təkzib edilməmişdi. Məlumatda deyilirdi ki, Mərkəzi Bankın sədri Elman Rüstəmovun həmin pulu birinci devalvasiyadan bir neçə həftə əvvəl götürüb və Gürcüstanın inşaat sektoruna sərmayə qoyub. Qeyd edək ki, həmin ərəfədə 700 milyon manat təxminən 900 milyon dollar demək idi. Buradan iki qənaət yaranır. Birincisi, Elman Rüstəmov devalvasiyanın tezliklə olacağını bilib və bu prosesdə qazanmaq qərarına gəlib. Virtualaz.org saytının məlumatında deyildiyi kimi onun devalvasiyadan əvvəl götürüb. Gürcüstana sərmayə qoyduğu 900 milyon dollar, devalvasiyadan sonra artıq təxminən bir milyard manata bərabərləşmişdi. Yəni cəmi bir neçə həftə ərzində bu pullar təxminən 300 milyon manat sahibinə gəlir gətirib.

İkinci qənaət isə onadan ibarətdir ki, ölkə banklarından götürülən 700 milyon manat (təxminən 900 milyon dollar) Azərbaycan iqtisadiyyatına, deyil, Gürcüstan iqtisadiyyatına sərmayə qoymağa yönəlib. Bu isə Mərkəzi Bank rəhbərinin ölkə iqtisadiyyatının prspektivlərinə inanmaması anlamına gəlir.

Bu prosesdə təəccüb doğuran digər məqam isə 700 milyon manatın girovsuz verilməsidir. Sadə vətəndaşa 1000 manatdan artıq pulu girovsuz və təminatsız, zaminsiz verməyən bankların Mərkəzi Bankın sədri Elman Rüstəmova 700 milyon manatı hansı əsasla verdiyi məlum deyil. Əslində, bu qədər pulun müqabilində ən azı 1 milyard manatlıq əmlak girov qoyulmalı, pulun qaytarıla biləcəyini əsaslandıran ciddi təminatlar verilməli idi.

Ancaq Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qardaşı biznesmen Şahin Mövsümovun "Bank Standard” Qapalı Səhmdar Cəmiyyətindən girovsuz olaraq 100 milyon manatdan çox kredit götürməsini nəzərə alanda, Mərkəzi Bankın sədrinin girovsuz 700 milyon manat kredit götürməsi də təəccüblü görünməməlidir.

Təəccüblü görünən isə yalnız Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsi fonunda, Mərkəzi Bankın sədrinin hələ də vəzifəsində olmasıdır. Üstəlik, məlum olur ki, ABB-nin maliyyə vəsaitlərinin talan edilməsində Mərkəzi Bankın sədrinin də rolu olub. Üstəlik bu ancaq üzə çıxan məlumatlardır. Hələlik təsdiqlənməmiş məlumatlara görə, Mərkəzi Bankın sədrinin bəzi müavinləri də çoxmilyonlu kredit prosesində iştirak ediblər. İddaialara görə, Mərkəzi Bankın sədrinin bəzi müavinləri yaxınlarının nəzarətində olan şirkətlərin adına milyonlarla kredit götürüblər.

Mərkəzi Bankın sədri Elman Rüstəmovun bir neçə bankdan 700 milyon manat götürüb Gürcüstanın inşaat sektoruna sərmayə qoymasında onun müavinlərindən biri, Aftandil Babayevin də iştirak etdiyi iddia olunur. Əslən, Gürcüstan Respublikasının Marneuli rayonundan olan Aftandil Babayevin qohumlarının Tbilsidə və Batumidə inşaat sektorunda önəmli mövqeləri olduğu iddia olunur. Bu məqamlara aydınlıq gətirməyə çalışacağıq. Eyni zamanda Aftandil Babayevin özünün də bu çoxmilyonlu kredit prosesində iştirak edib-etmədiyinə aydınlıq gətirməyə çalışacağıq. Hələlik isə, belə qənaət yaranır ki, Azərbaycan dövlətinin maliyyə sektoru üçün ciddi fəaliyyətlər törədən Azərbaycan Beynəlxalq Bankında baş verən kredit fırıldaqları ilə bağlı cəmiyyətə tam məlumat verilməyib. Bu bankın bu gün hansı vəziyyətdə olması da məlum deyil. Bu isə belə qənaət yaradır ki, ABB-dən çoxmilyonlu kredit götürüb qaytarmayanlar arasında nüfuzlu şəxslərin adları var. Məhz bu səbəbdən bütün məlumatlar cəmiyyətə açıqlanmır. Azərbaycan Beynəlxalq Bankının səhmlərinin əksər hissəsi dövlətə məxsus olduğu üçün bu bankda baş verənləri bilmək cəmiyyətin haqqıdır. Beynəlxalq Bank özəl bank deyil ki, "Kommersiya sirri Haqqında” Qanunun arxasında gizlənib, cəmiyyətə açıq məlumatlar verməkdən imtina edəsən.

Eləcə də Mərkəzi Bankın istər Elman Rüstəmovun 700 milyon manat girovsuz kredit götürməsi məsələsinə də, Mərkəzi Bankın rəhbərliyində təmsil olunan şəxslərin də çoxmilyonlu kredit prosesində iştirak edib-etməməsinə aydınlıq gətirməlidir.

Məlumatlı mənbə bildirir ki, Azərbaycan Beynəlxalq Bankından çox milyonlu kredit götürülməsində bəzi məmurların yaxınları da iştirak etmiş ola bilər. Bu məqamla bağlı adı hallanan şəxslərdən biri də baş nazirin müavini Abid Şərifovdur. Məlumata görə, Abid Şərifovun qardaşı və oğlu Azərbaycan Beynəlxalq Bankında uzun müddət yüksək vəzifə tutublar. Abid Şərifovun böyük qardaşı ötən il təqaüdə çıxsa da, oğlu hələ Azərbaycan Beynəlxalq Bankının filiallarınadan birinin rəhbəridir. Əgər bu siyahıya əlavə etsək ki, Abid Şərifovun ailə üzvülərinin adına iri biznes olduğu iddia olunur, burada çoxmilyonlu kredit məsələsi də ola bilər. Bütün bu məqamlara aydınlıq gətirməyə çalışacağıq.

"Yeni Sözçü” qəzeti


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Kim, yoxsa, Cahangir, Elman, gunahkardir, Rustemov, Haciyev
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ