yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Sabah “Əsrin müqaviləsi” yenilənəcək

Sabah “Əsrin müqaviləsi” yenilənəcək
13-09-2017, 12:46 53 026 dəfə baxılıb
yüklənir...

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak sentyabrın 14-də Azərbaycana səfər edəcək.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, səfərin məqsədi "Əsrin müqaviləsi"nin ("Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişi) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması mərasimində iştirak etməkdir.

Qeyd edək ki, ötən il dekabrın 23-də Bakıda SOCAR və BP-nin əməliyyatçısı olduğu ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) AÇG yataqlar blokunun gələcək işlənməsi üçün niyyət məktubu imzalayıb. Sənəd blokun 2050-ci ilədək işlənməsinə dair razılaşmanın prinsiplərini əks etdirir.

AÇG Bakıdan şərqdə təxminən 100 km məsafədə yerləşən nəhəng yataqlar blokudur. O, Xəzər dənizində istismarda olan ən böyük neft yatağıdır və 432 kv. km-dən çox ərazini əhatə edir. Yataqlar dənizin 120-170 metr dərinliyində yerləşir. Məhsuldar layın dərinliyi 2 000-3 500 metr təşkil edir.

AÇG blokunun işlənməsi üçün mövcud PSA 1994-cü il sentyabrın 20-də 30 illik müddətə imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb. Yataqlardan neft hasilatı 1997-ci ilin noyabr ayında başlanıb.

AÇG-də BP (operator - 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Sabah, Esrin, muqavilesi, yenilenecek
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ