yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"DəmirBank"ın devalvasiya hoqqası - "Axı bu qədər də olmaz!"

11-09-2017, 17:18 51 080 dəfə baxılıb

Tanınmış iqtisadçı Razi Abasbəyli bu gün özünün ailə üzvlərinin üzləşdiyi və əslində əksər kreditorları narahat edən bir məqamla bağlı həyəcan təbili çalıb. R.Abasbəyli "Facebook" səhifəsində qardaşının "DəmirBank" fırıldağı ilə üz-üzə qalmasından giley edib.

Həmin statusu təqdim edirik:

"Mənim qardaşım orta məktəb müəllimidir. Adam Dəmirbank-dan dollarla kredit götürmüşdü. Ödəyə bilmirdi. Məhkəmə qərarı çıxarıldı və müəllim olaraq maaşından pul çıxıldı. Məhkəmə qərarı tam icra olundu. Yəni banka olan borc Rayon Təhsil Şöbəsinin arayışı ilə əmək haqqından çıxıldı və tam ödənildi. Daha sonra isə ölkədə devalvasiya baş verdi.
Bank təkrar məhkəməyə müraciət etdi ki, bəs dollar bahalaşıb və kredit borcu üzrə ödənişdə kəsir var. İndi rayon məhkəməsi də prossedura uyğun bankın iddiasını təsdiqləyir. Təsəvvür edirsiniz nə baş verir?
Bu qədər də olmaz axı. Rəsmən kredit borcuna görə məhkəmə qərarı icra olunur. Sonra bank ayda 300 manat əmək haqqı alan müəllimi deyil 44 faizlə kreditini artıq geri almış bankın xeyrinə qərar çıxarır. Bu nə qədər doğrudur? Biz bir ömür bu banklara borclu qalmalıyıq? Yoxsa sabah ölkədə 1 dollar 70 qəpik olsa məhkəmə bir kənddə orta məktəb müəllimi olan qardaşımdan 1 azn-1.90 kursu ilə aldığı artıq pulları geri qaytaracaq? Bu işi Maliyyə Bazarlarına Nəzarət Palatasına da - Konstitusiya Məhkəməsinə qədər aparmaqda qərarlıyıq. Axı bu qədər də olmaz!"

Qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: de, qeder, DemirBankin, Axi, bu, , devalvasiya, olmaz, hoqqasi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ