yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Rusiyadan Azərbaycana gözlənilməz ittiham: - “Razılaşmaya əməl etmir...”

Rusiyadan Azərbaycana gözlənilməz ittiham: - “Razılaşmaya əməl etmir...”
7-09-2017, 11:00 56 816 dəfə baxılıb

Rusiyanın Mərkəzi Bankı gözlənilmədən Azərbaycanı hasilatın azaldılmasına dair OPEC+ razlaşmasını (OPEC üzvü olan ölkələr və kartelə daxil olmayan ölkələr qrupu) pozmaqda ittiham edib. Rusiy KİV-lərinə istinadən xəbər veririk ki, belə ittiham Mərkəzi Bankın sentyabr ayı üçün makroiqtisadi hesabatında səslənir. Hesabatda rublun dəyərdən düşməsi riskləri və iqtisadiyyatın bərpasına dair proqnozlar əksini tapıb.
İttiham isə ona görə gözlənilməzdir ki, Azərbaycan OPEC+ razılaşmasına vaxtlı-vaxtında əməl edən ölkələrdən biridir. Bir tərəfdən Azərbaycanda bu razılaşmadan əvvəl də hasilatın hər il tədricən azalması prosesi baş verirdi, o biri tərəfdən Bakı neftin qiymətinin artmasında ən çox maarqlı olanlardan biri kimi hasilatı məhdudlaşdırmaq təşəbbüslərinə əvvəldən dəstək verib, bu barədə danışıqlarda fəal iştirakçı olub.
Lakin Rusiya Mərkəzi Bankı bildirir ki, neft ixracatçıları dünya bazarında neftin qiymətini ABŞ, Qazaxıstan, Azərbaycan və “hasilatın məhdudlaşdırılması üzrə OPEC+ razılaşmasını pozan digər intizamsız ölkələrin” hasilatı artırması üzündən tənzimləyə bilmir.
Xatırladaq ki, hasilatın sutkada 1.2 milyon barrel azaldılmasına dair OPEC+ razılaşması formal olaraq 2018-ci ilin martına qədər qüvvədə olacaq. Bu razılaşmanın hazırlanmasında Rusiya fəal rol oynayıb. Çünki sanksiyaların təsiri altında əzilən Rusiya iqtisadiyyatı və büdcəsi neftin qiymətlərindən kritik asılıdır. ABŞ isə ümumiyyətlə hasilatın azaldılmasına dair heç bir danışıqlarda yer almayıb və OPEC+ razılaşmasının iştirakçısı deyil. Bu səbəbdən Rusiya Mərkəzi Bankının ittihamı birbaşa ABŞ-a aid deyil, hesabatda Azərbaycan və Qazaxıstan hədəfə alınır. Hansı ki, Qazaxıstan da hasilatı artırmaqla bağlı ittihamları qəti rədd edir.
Mərkəzi Bank bildirir ki, Rusiya razılaşmaya 100 faiz əməl edir, yəni hasilatı sutkada 300 min barel azaldıb. “Azərbaycan, Qazaxıstan, Meksika, Oman isə əvvəlki kimi üzərlərinə götürdüyü kvotanın 70 faizinə əməl edir”-hesabatda deyilir.
Hesabata əsasən Ekvadorun OPEC+ razılaşmasından çıxmağa hazırlaşması əlavə risk yaradır, çünki onun ardınca İraq da razılaşmanı tərk edə bilər.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ittiham, , Rusiyadan, emel, Azerbaycana, gozlenilmez, etmir, Razilashmaya
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ