yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Vətəndaşlara qarşı bank-məhkəmə sövdələşməsi: - Ev əşyalarına kimi alacaqlar?

Vətəndaşlara qarşı bank-məhkəmə sövdələşməsi: - Ev əşyalarına kimi alacaqlar?
4-09-2017, 11:08 58 004 dəfə baxılıb
yüklənir...

Dünyada neftin qiymətinin kəskin aşağı düşməsi, neft gəlirlərindən asılı olan Azərbaycan iqtisadiyyatına ciddi maneələr törətdi. Milli valyutanın devalvasiyasından sonra banklarda krediti olan əhalinin borcu ikiyə qatlandı. Neft gəlirləri dövründə vətəndaşlara yüksək faizlə xarici valyutada kreditlər verildi. Baxmayaraq ölkə əhalisinin bir hissəsi aztəminatlı, amma banklar yüksək faizli istehlak kreditlərinin verilməsini dayandırmadı. Bu, səhv siyasət bank-maliyyə sistemində ciddi böhrana səbəb oldu. Devalvasiyadan sonra vətəndaşların gəlirləri kəskin şəkildə azaldı. Həmçinin, dolların kursunun manat ekvivalentində bahalaşması, kredit borcu olan vətəndaşları çıxılmaz vəziyyətə saldı.
Hazırda hökumətin qarışmaq istəmədiyi kredit problemləri banklarla vətəndaşlar arasında kəskin problemə səbəb olub. Ölkəni ağuşuna alan problemli kreditlərlə bağlı məsələ hələ də həll olunmamış qalır. Banklar problemin həllində vətəndaşlara güzəştə getmək fikrində deyil. İki devalvasiyadan sonra vətəndaşların kreditləri qaytarması daha da ağırlaşır. Bu gün ölkə əhalisinin böyük əksəriyyətinin bir və ya bir neçə banka borcu var. Məlum məsələdir ki, dolların kəskin bahalaşması ilə bu valyutada kredit götürən vətəndaşların borcunun üstünə əlavə faizlər gəldi, nəticədə vəziyyət daha da çətinləşdi. Kreditləri qaytarmaqdan imtina edənlər isə banklarla ya üz-üzə qalır, ya da məhkəmədə görüşməli olurlar. Bankların kreditlərin ödənilməsi üçün tələbləri getdikcə artır, nəticədə minlərlə insan məhkəməyə verilib. Bu da sosial narazılığın kütləvi hal almasına səbəb olur.
Təsadüfi deyil ki, bu gün borclu vətəndaşlar banklarla məhkəmələrin işbirliyində olduğunu iddia edir. Həm kredit verən təşkilat və ya bank, həm də qərarverici orqan heç bir güzəştə getməyərək, vətəndaşın geydiyi coraba belə göz dikib. Məhkəmə icraçılarının canfəşanlıqla vətəndaşlara divan tutması, dövlətlə borclu vətəndaş arasında dərin uçurum və inamsızlıq yaradır. Bu gün vətəndaşın nə dövlətə, nə məhkəmə, nə də bank sisteminə etibarı qalmayıb. Məhkəmə icraçıları vətəndaşa divan tutmaq üçün sanki növbəyə düzülüblər.
Borclu vətəndaşın “Cümhuriyət” qəzetinə dediyinə görə, faizi ilə bir yerdə banka 11 min manat krediti var. Ödəmə imkanı olmadığı üçün bank vətəndaşı məhkəməyə verib. Binəqədi rayon məhkəməsinin qərarı ilə vətəndaş həmin məbləği banka qaytarmalıdır. Əks təqdirdə borclunun əmlakı müsadirə olunacaq. Şikayətçinin sözlərinə görə, Binəqədi rayon Məhkəməsi və icraçıları borclu vətəndaşlara divan tutmaqla məşğuldur: “Bu siyasət ölkəni dərin uçuruma aparır. Məhkəmə və bankların vətəndaşa divan tutmasının qarşısı alınsın”.
Hüquqşünas, bank üzrə mütəxəssis Əkrəm Həsənov bildirib ki, məhkəmə qərarında borcun ödənilmə müddəti göstərilmir: “Məhkəmə qərarında borclunun banka olan borcu göstərilir. Qərara əsasən, həmin məbləğ kredit götürəndən tutulmalıdır. Hansı müddətə, nəyin hesabına - bu barədə məhkəmə qərarında heç nə yazılmır. Məhkəmənin qərara icra məmuruna göndərilir. Qanuna görə, həmin qərarı vətəndaşa icra etdirmək icra məmurunun vəzifə borcudur. Əgər vətəndaşın həmin borcun ödənilməsi üçün kifayət edən əmlakı varsa və həmin əmlak da toxunulandırsa, yəni, özünün avtomobili, torpaq sahəsi, qızıl-zinət əşyası varsa, icra məmuru həmin əmlakı açıq hərracda sata bilər. Satışdan əldə olunan vəsaiti banka verə bilər. Əgər borcalan vətəndaşın yeganə evi varsa, o, toxunulmaz əmlakdır. Həmin evdə müəyyən texniki əşyalar da toxunulmaz əmlak hesab olunur. Əgər borcalanın əmlakı yoxdursa, icra məmuru onun hər ay aldığı əməkhaqqının və ya pensiyanın maksimum 50 faizini tuta bilər. Məbləğin geri qaytarılma prosesi iki ay yox, il çəkəcək. Əgər nə əmlak, nə də aylıq gəlir varsa, məhkəmə qərarının icrası mümkünsüzdür. “İcra haqqında” Qanunda nəzərdə tutulub ki, icrası mümkün deyilsə, dayandırılmalıdır”.
Hüquqşünas praktikada icra məmurlarının hədə-qorxu gəlməsi hallarına tez-tez rast gəlindiyinə də diqqət çəkib: “Bütün bunlar vətəndaşı qorxutmaq üçündür. Amma vətəndaş qorxmamlıdır. İcra məmurunun təhdidləri boş sözlərdən başqa bir şey deyil. Borclunun əmlakı, gəliri yoxdursa və yaxud da var, amma krediti bağlamağa kifayət etmirsə, icra məmuru ona nə edə bilər? Təəssüf ki, icra məmurları çox zaman bunu rüşvət almaq üçün edir. İcra məmurunun bu tələbi qanunsuzdur, onun səlahiyyəti borclunun nə qədər əmlakının olmasını müəyyən etməkdir”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: eshyalarina, Vetendashlara, qarshi, alacaqlar, bank mehkeme, Ev, sovdeleshmesi, , kimi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ