yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Sentyabrdan manatın məzənnəsində dəyişiklik gözlənilir... - Dollar BAHALAŞACAQ?

Sentyabrdan manatın məzənnəsində dəyişiklik gözlənilir... - Dollar BAHALAŞACAQ?
31-08-2017, 10:13 140 431 dəfə baxılıb
yüklənir...

“Sentyabr ayından sonra manatın məzənnəsində müəyyən dəyişiklik gözlənilir”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.
Parlament üzvü deyib ki, bu, Azərbaycan Mərkəzi Bankının yürütdüyü siyasətdən və ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) qəbul edəcəyi qərardan asılı olacaq:

“Hazırda bank sektorunda vəziyyət pisləşməkdə davam edir. Ölkənin maliyyə-bank sektoruna nəzarəti artırmaq üçün yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası da problemin öhdəsindən gələ bilmir. Doğrudur, həyata keçirilən tədbirlər sayəsində müəyyən qədər sağlamlaşma prosesi gedib, amma bu o demək deyil ki, bank sistemində hər şey öz qaydasındadır. Sağlamlaşdırma hələ də sona çatdırılmayıb. Vaxtı keçmiş kreditlərin həcmi azalmaq əvəzinə artır. Problemli kreditlərin həcmi 1, 7 milyard manata çatıb. Kreditlər faktiki olaraq geri qaytarılmır. Maliyyə Bazarlarına Nəzarət Palatası bizim gözlədiyimiz nəticələri vermir. Hesab edirəm ki, bank sistemlərinə nəzarətin Palataya verilməsi iqtisadiyyata və bank sisteminə mənfi təsirlərini göstərməkdədir. Bu bizim üçün ciddi problemdir”.

V.Əhmədov qeyd edib ki, ölkə iqtisadiyyatının inkişafı üçün bank sistemi normal işləməlidir:

“İnsanların müəyyən iş qurması üçün kreditə əlçatanlıq artırılmalıdır. İstehlak kreditlərinin faizi 28-30-dan düşmür. Mərkəzi Bank kredit faizini yüksək saxlayır. Bank sistemində problem həddindən çoxdur. Palata öz fəaliyyətində ciddi dəyişikliklər etməlidir ki, sistemi sağlamlaşdırsın. Bütün bunların hamısı milli valyutanın məzənnəsinə təsir edən amillərdir. Hazırda məzənnə stabildir. Çünki Mərkəzi Bank vəziyyətə nəzarət edir. Amma vəziyyət uzun müddət bu cür davam edə bilməz”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Sentyabrdan, manatin, BAHALAShACAQ, gozlenilir, Dollar, deyishiklik, mezennesinde,
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ