yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Payızda dollar bahalaşacaqmı? - TƏHLİL

Payızda dollar bahalaşacaqmı? - TƏHLİL
29-08-2017, 11:34 55 806 dəfə baxılıb

Sentyabr ayı yaxınlaşdıqca, yeni iş mövsümü yetişdiyindən, bəzi ekspertlər dolların bahalaşacağı haqda yenə proqnozlar verməyə başlayıblar. Halbuki, artıq xeyli müddətdir ölkənin valyuta bazarında sabitlik hökm sürür. Xatırladım ki, cari ilin əvvəlində manat ABŞ valyutasına nəzərən bir ara 1.92 AZN-dək ucuzlaşmışdı. Bu, fevralın əvvəlləri idi. Ondan sonra manat bahalaşmağa başladı və 1.70 AZN-də dayandı.
Yay mövsümündə də valyuta bazarımızda sabitlik müşahidə olundu. Əslində bu, ilin əvvəlindən bəri müşahidə olunan sabitliyin davamı idi. Ümumiyyətlə, yay mövsümündə manatın məzənnəsinin dəyişəcəyi heç proqnozlaşdırılmırdı da... Ən azından xarici turist axınının buna imkan verməyəcəyi göz qabağında idi. Lakin əsas səbəb sözsüz ki, heç də bu deyil.
Yeri gəlmişkən, bəziləri deyirlər ki, bu il ölkəyə çoxlu sayda ərəb turistlər gəlib və gəlməkdə də davam edir deyə, manatımız hələ ki möhkəmdir. Bu da yanlış fikirdir. Turistlərin burada xərclədikləri pullar manat-dollar münasibətlərinə az təsirə malikdir. Əksinə, bu, inflyasiya yaradır...
Ölkəmizdə manatın ABŞ dollarına nəzərən məzənnəsinin artıq xeyli müddətdir sabit qalmasında bir sıra daxili və xarici faktorların rolu var. Əvvəla, hökumətin apardığı müvafiq siyasətin, yəni sərt pul-kredit siyasəti yeridilməsinin, dövriyyədən nəğd pul kütləsinin "çəkilməsinin", kənara valyuta axınının qarşısının alınmasının, idxalın məhdudlaşdırılmasının, o cümlədən, Neft Fondundan Mərkəzi Banka makroiqtisadi sabitlik naminə məlum transfertin buna çox böyük təsiri olub.
İkincisi, bu il xarici ticarət saldosu və tədiyyə balansında da vəziyyət keçən ilkindən fərqli olaraq, müsbətə doğru dəyişib. Buna həm neftin qiymətinin sabit qalmasının, idxalın əhəmiyyətli dərəcədə azalmasının, həm də cüzi də olsa, qeyr-neft məhsulları üzrə valyuta gəlirlərinin artması zəmin yaradıb. Yeri gəlmişkən, avqustun 1-nə ökənin ticarət əməliyyatlarının həcmi 10 milyard 522 milyon 54.35 min ABŞ dolları təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 6.93% az deməkdir. İdxal əməliyyatları 4 milyard 369 milyon 692.31 min, ixrac əməliyyatlarısa 6 milyard 152 milyon 362.04 min dollar olub. İdxal keçən ilin müvafiq dövrünə nisbətən 8,17 %, ixrac 6,03 % azalıb.
Və nəhayət, üçüncüsü, ABŞ dolları dünya üzrə də bu il çox möhkəmlənməyib. Yəni, FES tərəfindən iki dəfə faiz dərəcəsinin artırılmasına baxmayaraq, amerika valyutası cari il ərzində çox da bahalaşmayıb. Bunda da neftin dünya bazar qiymətlərinin sabit qalması mühüm rol oynayıb.
İndi də deyilir ki, guya, ilin sonuna doğru vəziyyyət dəyişəcək. Niyə və hansı səbəbə görə, məlum deyil...
Bəri başdan qeyd edim ki, bu ilin sonunadək də ABŞ milli valyutası dünyanın heç bir valyutasına qarşı ciddi şəkildə bahalaşmayacaq. FES istiqamətindən gələn xəbərlər də təsdiqləyir ki, çox güman, cari ildə artıq, faiz artımına gedilməyəcək. Gedilsə də, bu, dekabr ayında ola bilər.
Azərbaycan manatına gəldikdə isə, ilin sonunadək tədiyyə və xarici ticarət balansımızda mənfiyə doğru heç bir dəyişiklik gözləmirəm.
O ki qaldı, hökumətin valyuta bazarında mövcud sabitliyi qoruyub saxlamaq məqsədilə apardığı müvafiq siyasətə, bu, davam etdiriləcək. Odur ki, ilin sonuna qədər manat və dollar münasibətində də heç bir dəyişiklik gözlənilməməlidir.

AzVision.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Payizda, dollar, TEHLL, , bahalashacaqmi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ