yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bakıda köhnə maşınların qiyməti qalxıb

Bakıda köhnə maşınların qiyməti qalxıb
22-08-2017, 09:30 61 396 dəfə baxılıb
yüklənir...

İyul ayında maşın bazarında aktivlik çox aşağı səviyyədə olsa da, ikinci əl avtomobillərin qiymətində 10-15 faiz qiymət artımı müşahidə olunub.

Bunu əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib. Onun sözlərinə görə, bu artım iqtisadi qanunların əleyhinə olan bir amildir: "Baxmayaraq ki, bazarda tələb aşağı səviyyədədir, amma qiymət artımı baş verdi. Bazara çıxarılan avtomobillərin sayı çoxaldı, alıcı qıtlığı yaşandı, amma buna baxmayaraq qiymətlər qalxdı".

Ekspert hesab edir ki, bu hal risklərin dəyərləndirilməsi ilə bağlıdır: "Dolların qiymətində cüzi artım baş verir və insanlar da düşünürlər ki, avtomobili manatla satıb dollara çevirəndə az məbləğ edəcək. Ona görə də avtomobil satıcıları maksimum dərəcədə baha satmağı planlaşdırırlar. Ancaq bu qiymət artımı onsuz da alıcısı az olan bazara daha da mənfi təsir edir".

V.Hüseynov əlavə edib ki, yeni avtomobillərin qiymətində nəzərəçarpacaq artım müşahidə olunmayıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: qalxib, qiymeti, kohne, mashinlarin, Bakida
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ