yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Mal ətinin qiyməti 42 faiz artıb - 2016-cı ildə

Mal ətinin qiyməti 42 faiz artıb - 2016-cı ildə
2-02-2017, 10:02 278 dəfə baxılıb
yüklənir...

2016-cı ildə Azərbaycanda orta illik inflyasiya Avropadan 10,8 dəfə çox olub.

Xalqxeber.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, inflyasiya 12,4% təşkil edibsə, Avropa zonasında bu rəqəm cəmi 1,14%-dir.

Ərzaq üzrə inflyasiya 13,3 dəfə çox olub. Komitənin məlumatına görə, Azərbaycanda ərzaq məhsulları 14,7% bahalaşıb, Avropa statistikası isə Avropada bir faizlik inflyasiya olduğunu deyir.

Turan agentliyinin hesablamalarına görə isə 2016-cı ildə istehlak səbətində 30 növ əsas ərzaq məhsulu üzrə qiymət artımı 18% təşkil edib, ən mühüm məhsullar üzrə isə qiymətlər 22%-dən 100%-ə qədər qalxıb.

Mal əti 42,8%, qoyun əti 22,2%, toyuq əti 25,9%, kərə yağı 42,1%, qarğıdalı yağı 44%, marqarin 33,3%, yumurta 30,7%, şəkər tozu 66,6%, qənd 33,3%, duz 28,5%, düyü 38%, xama 22,2%, kartof 33,3%, baş soğan 30%, xiyar 100%, pomidor 94,4% bahalaşıb.

Avropa İttifaqında inflyasiyanın səviyyəsi son 20 ildə illik 2% həddində dəyişir. Ən yüksək artış 2007-ci ildə qeydə alınıb – 3,2%.

2016-cı ildə Avropa zonası inflyasiya səviyyəsinə görə Yunanıstan, Yaponiya və Fransadan sonra dünyada dördüncü yeri tutur.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ