SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Bölgələrdə ucuzlaşan ət Bakıda niyə bahadır?

Bölgələrdə ucuzlaşan ət Bakıda niyə bahadır?

Tarix:

19-08-2017, 10:34

/ 122 165 dəfə oxundu.
Bölgələrdə ucuzlaşan ət Bakıda niyə bahadır?

Bəzi bölgələrdə ətin qiyməti ucuzlaşıb. Ancaq paytaxta heç bir dəyişiklik yoxdur. Bir sıra insanlar ətin qiymətinin ucuzlaşmasını bölgələrdə alıcılıq qabiliyyətinin olmaması və ya yemin ucuzlaşması ilə əlaqələndirir, bəzi insanlar isə bunun əksini düşünür və Qurban bayramına yaxın hər yerdə ətin 2 qat bahalaşacağını bildirir.
Maraqlıdır, bir sıra bölgələrdə ətin qiymətinin ucuzlaşması əslində nə ilə bağlıdır? Bu ucuzlaşma paytaxta da gələ bilərmi?
İqtisadçı ekspert Natiq Cəfərli bunun təbii bir proses olduğunu dedi: “Əgər hansısa bir bölgədə ət satan və bu işlə məşğul olan insanlar alıcılıq qabiliyyətinin kifayət qədər aşağı düşdüyünü və bu da onların həm dövriyyəsinə, həm qazanclarına birbaşa təsir göstərdiyini gördükdə, hiss etdikdə təbii ki, qiymətlərdə az da olsa endirimə gedə bilərlər. Yəni bu təbii bir prosesdir. Yemlə bağlı məsələlər öz həllini təbiət vasitəsi ilə tapıb. Düşünürəm ki, mövsüm bitəndən sonra mütləq ki, bu sahədə daha ciddi problemlər yaşayacağıq. Hazırda otun, yemin bol olduğu bir şəraitdə mal qara saxlayanlar yemə əlavə vəsait xərcləmirlər. Təbii ki, bunun da qiymətlərə təsiri olub. Amma mövsüm bitdikdən sonra yemin qiymətində artım olsa, bu da qiymətlərə bir başa təsir göstərəcək və qiymət artımına səbəb olan amillərdən birinə çevriləcək.
Bakıda isə ətin qiymətinin düşməməsinin bir çox səbəbləri var. Bu həm tələbatla, həm də logistika ilə əlaqəlidir. Benzinin qiyməti qalxdıqdan sonra yük daşımalarda istifadə olunan əsas yanacağın birdən-birə 28 faiz qiyməti qalxır. Təbii ki, yükdaşımalar bahalaşdıqca maliyyətin bir hissəsi də qiymətin üzərinə gəlir. Mən Bakıda ətin qiymətinin yaxın zamanlarda ucuzlaşacağı ehtimalını görmürəm. Qurban bayramı ilə bağlı əslində Azərbaycanda qiymətlər həmişə artır. Bu çox pis bir tendensiya var ki, qiymətlər qalxır. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi o qədər hiss oluna bilər ki, Qurban bayramında ötən illərə nisbətən qurbanlıq heyvan alanların sayı azala bilər. Qurban kəsənlərin sayının azalması maddi durumdan dolayı qiymətlərə təsir göstərə bilər.
Heyvan saxlayanlar, əsasən də kiçik buynuzlu heyvan saxlayanlar əsas Qurban bayramına ümid edirlər. İldə əsas gəlir götürdükləri , dövriyyələri olduqları Qurban bayramı günləridir. Ona görə də bu günə hazırlıqları özünü doğrultmayanda, yəni müştəri az olanda bəlkə o zaman qiymətlərdə müəyyən dəyişiklik oldu və endirimlər oldu ki, ən azından qiymətlər alıcılıq qabiliyyətinə uyğunlaşsın”.

Şərhlər

XƏBƏR LENTİ