SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqanda təhsil də əldən gedib... - İTTİHAM VAR

Beyləqanda təhsil də əldən gedib... - İTTİHAM VAR

Tarix:

7-08-2017, 10:21

/ 56 854 dəfə oxundu.
Beyləqanda təhsil də əldən gedib... - İTTİHAM VAR

Beyləqan rayon təhsil şöbəsinin (RTŞ) müdiri Xuraman Rüstəmovanın rəvac verdiyi qanunsuzluqlar haqda məlumatlar əsasında hazırlanmış tənqidi məqalələr oxucularına təqdim ediləndən və toplanmış material hüquqi qiymət verilməsi üçün inzibati orqanlara göndəriləndən sonra bir müddət X. Rüstəmovanın rahatlığını əlindən alınsa da, hazırki müşahidələr göstərir ki, xanım təhsil müdiri yenə qanunsuz əməllərini davam etdirməkdədir. Görünür, Təhsil Nazirliyinin ciddi tədbirlər görməməsi (ən azından vəzifədən kənarlaşdırmaması), başbilənlərinin onu “jurnalistin ayağına verməməsi”şöbə müdirini ümidləndirib. Yəqin, öz müşahidələri X. Rüstəmovada belə bir qənaət formalaşdırıb ki, çapıb-taladığı haram pullara görə sorulan hesablara cavab vermək üçün yeganə yol bir az da artığını qazanıb daha əvvəlki kimi yarısını deyil, tam həcmdə “yuxarılara” ötürməkdir. Şöbə müdirəsi vəzifəsinin icrasına başlayandan indiyədək onlarla şəxsi qanunsuz olaraq müəllim işinə götürməsi, onların maaş davasının aylardır sürməsi, bir çoxunu qeyri-qanuni işdən azad etməsi, direktorlara hədə-qorxu gələrək onlara öz şərtlərini qəbul etdirməsi, bütün bu özbaşına qərarların kökündə korrupsiya motivlərinin durması barədə yazdıqlarımızı Xuraman Rüstəmovanın yığıb topladığı nəhəng haram kapital, ölçüyəgəlməz var-dövlət, qurub-yaratdığı mülk-səltənət də təsdiqləyir.

Yazmışdıq ki, X. Rüstəmova təkcə var-dövlət toplamaqla kifayətlənməmiş, oğullarına cəmiyyətdə layiq olmadıqları üstün mövqe və imtiyazlar qazandırmışdır. Və qazanmaqda davam edir.

Xəbərdarlıq etmişdik ki, X.Rüstəmovanın və qohumlarının, eləcə də onların reketçi əlaltılarının məcrasından çıxan əməlləri indi cilovlanmasa, sonra gec olacaq. Amma cilovlanmır.

Şərq kənd məktəbindən alman dili müəllimini Bahar qəsəbə məktəbinə göndərib. Şərq kənd məktəbində alman dili fənninin tədrisi nəzərdə tutulmasa da, RTŞ müdiri həmin məktəb üçün alman dili müəllimi üçün vakant yer göstərib.

Şəhər 6 saylı məktəbdə 2 ədəbiyyat müəllimi ola-ola, artıqlıq edəcək 3-cüsünü də göndərib. Əlbəttə, bütün bunlar X. Rüstəmovanın korrupsiya marağından, ehtiyac duyulmayan ştat və yarımştatları müəllimlərə məhz satmasından başqa heç nə ilə izah edilə bilməz. Təhsil Nazirliyi hələ keçən ilin aprel ayında Beyləqan RTŞ-də apardığı yoxlama nəticəsində haqqında bəhs etdiyimiz qanunsuzluqları (hətta biz yazmadıqlarımızı da) aşkarlamışdır. Həmin aşkarlanmış əyintilər barədə məlumatları TN-dən istəsək də, nazirlik rəsmi sorğumuza cavab verməmişdir. Bu isə şübhələnməyə əsas verir ki, yoxlama şəffaflıqdan uzaq olmuş, ictimai hesabatlılıq gözlənilməmişdir. Həm də nazirlik müdafiə etdiyi RTŞ müdirinin biz yyazdığımız tənqidə layiq olduğunun bir daha təsdiqlənməsinə vəsilə olmaq istəməmişdir. Redaksiya olaraq, İnzibati Xətalar Məcəlləsinin 382.2-ci maddəsini rəhbər tutaraq jurnalist sorğusuna cavab verməyən təhsil naziri cənab Mikayıl Cabbarovun barəsində Bakı şəhər Prokurorluğuna şikayət etmək qərarına gəlmişik.

Təəssüf doğurucudur ki, aşkarladığı faktları – X. Rüstəmovanın qanunsuz işə götürdüyü müəllimlərin adlı siyahısını Prezident Administrasiyasına ünvanlasa da, Administrasiya da öz növbəsində həmin məlumatları araşdırmaq üçün “aidiyyəti üzrə” Beyləqan rayon İcra Hakimiyyətinə göndərib. Halbuki, həmin məlumatların bir daha araşdırılmasına deyil, təkzibedilməz olduqları üçün məhz müvafiq tədbirlər görülməsinə ehtiyac vardı. Heç şübhəsiz, RİH-də həmin məsələləri çözməyə deyil, ört-basdır edilməsinə çalışırlar.

Sonolay.org

Şərhlər

XƏBƏR LENTİ