SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Neft yeniden bahalaşdı: Son qiymət

Neft yeniden bahalaşdı: Son qiymət

Tarix:

27-07-2017, 09:37

/ 67 249 dəfə oxundu.
Neft yeniden bahalaşdı: Son qiymət

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 25-də 51,13 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,36 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 25-də 50,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,37 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 25-də 48,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,44 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 25-də 49,36 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,39 dollar/barel azdır.

Şərhlər

XƏBƏR LENTİ