SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » İlham Əliyevin fındıqçılığa dair strategiyası Türkiyədə kimləri narahat edib..

İlham Əliyevin fındıqçılığa dair strategiyası Türkiyədə kimləri narahat edib..

Tarix:

25-07-2017, 10:39

/ 62 172 dəfə oxundu.
İlham Əliyevin fındıqçılığa dair strategiyası Türkiyədə kimləri narahat edib..

Azərbaycanda prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatlar çərçivəsində ölkədə fındıqçılığın inkişafına dair müəyyən etdiyi vəzifələr əsasında görülən işlər qardaş Türkiyə fındıqçılarında narahatlıq yaradıb. Virtualaz.org xəbər verir ki, türk fındıqçıları Azərbaycanda istehsalın genişləndirilməsi nəticəsində Türkiyənin fındıq ixracı sahəsində dünya bazarının liderlərindən biri olaraq mövqelərini əldən verəcəyini deyirlər.

Türkiyə mətbuatıyazır ki, fındıqçılıqda “beynəlxlq oyunlar” planlaşdırılır. Məqsəd Türkiyənin bu sahədə liderliyinə son qoymaq, Azərbaycan və Gürcüstanda fındıq istehsalını genişləndirməkdir. Türk fındıqçıları da bazarda mövqelərini qorumaq üçün Azərbaycan və Türkiyədə fındıq bağları almaq, yaxud kirayələmək yoluna əl atıblar.

Şokalad istehsalı ilə məşğul olan aparıcı şirkətlər indiyədək xammalı əsasən Türkiyədən alırdı. Türkiyə dünyada fındıq istehsalı və ixracının az qala 70 faizinə nəzarət edir. Lakin son illərdə Gürcüstan və Azərbaycan kimi ölkələr də fındıqçılığın inkişafına yönəlmiş proqramlar həyata keçirməyə başlayıblar. Türkiyə fındıqçıları isə bazarda inhisarçı mövqelərini qorumaq üçün bu ölkələrdə salınan fındıq bağlarını kirayələməyə, yaxud yen sahələr alıb fındq bağları salmağa çalışır.

Türkiyənin aparıcı fındıq istehsalçılarından olan “Altaş”, “Arslantürk” və “Öz Yılmaz” şirkətləri Gürcüstanda böyük fındıq bağları salıb və emal müəssisəsi qurub. Bununla belə dünya.com-a açıqlama verən türk fındıqçıları deyirlər ki, əgər Türkiyə hökuməti tədbirlər görməsə onların bazardakı inhisarçı mövqeyi əllərindən çıxacaq. Çünki Azərbaycanda 42 min, Gürcüstanda 32 min hektarda fındıq yetişdirilir, Azərbaycan fındıq bağlarını daha da genişləndirmək istəyir.

Qlobal şokalad istehsalçıları qiymətləri aşağı salmaq üçün bazarda Türkiyənin inhisarçı mövqeyini zəiflətməyə çalışır, bu məqsədlə “Ferrero” kimi iri istehsalçılar Azərbaycan, Gürcüstan, İtaliya, İspaniya kimi ölkələrdə fındıq istehsalını dəstəkləyir.

“Arslantürk Fındık Sənaye və Ticarət AŞ” şirkətinin idarə heyətinin rəhbəri Sebahettin Arslantürk deyir ki, Türkiyənin bu sahədə siyasətinin olmaması üzündən ölkənin dünya fındıq istehsalı və ixracı bazarında payı son illərdə 80 faizdən 60 faizə qədər geriləyib.

“Öz Yılmaz Fındık Ticarət və Sənaye Limited” şirkətinin idarə heyətinin sədri Azmi Yılmaz isə deyir ki, Azərbaycan və Gürcüstanda fındıqçılıq dövlət tərəfindən dəstəklənir. Bu səbəbdən türk firmaları həmin ölkələrə yatırım qoyub fındıq bağları salmalıdır. Əks halda Türkiyəni yaxın 10 ildə fındıq bazarından vurub çıxaracaqlar.

Altaş Yağ Sənaye və Ticarət AŞ şirkətinin rəhbəri Uğur Altaş da ölkəsinin fındıq istehsalında və ixracında mövqelərini itirə biləcəyini deyir. O, bildirib ki, bazarda mövqelərini qorumaq üçün Gürcüstanda fındıq bağlarının salınmasına 5 milyon dollar investisiya qoyublar.

Altaş deyir ki, Çin mənfi 18 dərəcəyə davamlı fındıq fidanları yetişdirir və onları Azərbaycna, digər ölkələrə satır. Türkiyədə isə fındıqçılar hər il bağlarını don vurduğuna görə ziyan çəkir. “Türkiyədən fidan ixracı qadağandır. Amma İtaliya, Gürcüstan, İspaniya fidan ixrac edir. Bu bazarı başqa ölkələr əllərində tutur. Məntiq hardadır?”-Altaş sual edir.

Qeyd edək ki, Azərbaycanda fındıq istehsalının genişləndirilməsi vəzifəsi prezident İlham Əliyev tərəfindən 2016-cı ilin yanvarında postneft dövrü iqtisadiyyatına keçidlə bağlı keçirilmiş müşavirədə qoyulub. Azərbaycan prezidenti fındığın dünyada maya dəyəri aşağı, eyni zamanda ən çox valyuta gətirən məhsullar sırasında olduğunu bildirib. İlham Əliyev deyib ki, Azərbaycanda fındıqçılığın çox böyük potensialı var və bu sahədə son illərdə sürətli inkişaf əldə olunub. Təkcə ötən il fındıq ixracından Azərbaycana 200 milyon dollar valyuta daxil olub, ölkədə hazırda 50 min hektardan çox sahədə fındıq əkilir.

Prezidentin müəyyən etdiyi vəzifəyə əsasən ölkədə yeni fındıq bağları salınacaq, o cümlədən sənaye üsulu ilə fındıq istehsalı genişləndiriləcək. Azərbaycan prezidenti bu sahəni dəstəkləmək üçün ötən il xaricdən fındıq tinglərinin alınıb fermerlərə pulsuz paylanmasına dair sərəncam imzalayıb, bu məqsədlə 10 milyon manat vəsait ayırıb. Ötən il ərzində Azərbaycanda minlərlə hektar sahədə yeni fındıq bağları salınıb və gözlənilir ki, bu il fındıqçılıqda 50 faiz artım olacaq. Hazırda Azərbaycan dünyanın dördüncü ən iri fındıq ixracatçısıdır və bu sahənin inkişafına yönəlmiş proqramlar nəticə verməyə başlayanda ölkənin fındıq bazarında payı da artacaq. Bu isə Türkiyə fındıqçılarını narahat edir. İndi onların məqsədi Azərbaycan və Gürcüstan kimi ölkələrdə fındıqçılığa yatırım qoyaraq istehsalı öz nəzarətlərində saxlamaq, beləliklə də bazardakı mövqelərini qorumaqdır. Lakin türk fındıqçıları deyirlər ki, dövlətin dəstəyi olmadan bu, mümkün olmayacaq...
Virtualaz.org

Şərhlər

XƏBƏR LENTİ