SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Baş bankir müjdəsi: 1 dollar 2, 50 manat olmayacaq, amma Elman Rüstəmov hər danışanda…

Baş bankir müjdəsi: 1 dollar 2, 50 manat olmayacaq, amma Elman Rüstəmov hər danışanda…

Tarix:

28-01-2017, 00:32

/ 2 762 dəfə oxundu.
Baş bankir müjdəsi: 1 dollar 2, 50 manat olmayacaq, amma Elman Rüstəmov hər danışanda…

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov tam üzən məzənnəyə keçiddən sonra 1 dolların 2 manat 50 qəpik ola biləcəyinə dair yayılan məlumatlara münasibət bildirib

Elman Rüstəmov unikal.org-a danışıb. Deyib ki, bu gün dolların manata nisbəti üzən məzənnə ilə müəyyən edilir:

“Amma mən 1 dolların 2 manat 50 qəpik olmasını proqnozlaşdırmıram. Yəni, bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Hesab etmirəm ki, dollar 2 manat 50 qəpik olacaq”.

E.Rüstəmov həmçinin bildirib ki, bu gün dolların məzənnəsi təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrinin milli valyutasına nisbətdə bahalaşıb.

Paradoksal vəziyyət ondan ibarətdir ki, həmişə baş bankir devalvasiya olmayacağı, daha artıq manatın ucuzlaşmayacağını deyəndə əksinə baş verir. Bu dəfə də AMB sədrinin söylədikləri qorxulu bir hiss yaradır. Ekspertlər də 1 dolların 2 manat 50 qəpik olacağını bildirirlər.

İqtisadçı Vüqar Bayramov bildirmişdi ki, Mərkəzi Bank "üzən məzənnə”yə keçdiyini elan etsə də, mövcud siyasətin bazara təsir imkanları məhduddur: “Yenə də rəsmi məzənnə var. Rəsmi məzənnə ilə bazar məzənnəsi arasında 4 faizlik marj tətbiq edilir.

Belə olan təqdirdə bazarın məzənnəyə təsir imkanları məhdudlaşır. Bu isə "qara bazar”ın daha da genişlənməsinə gətirib çıxarır.

Təəssüf ki, bu gün "qara bazar”da 1 dolları almaq üçün 1 manat 92 qəpik ödəmək lazım gəlir. Bu da ondan xəbər verir ki, əslində "qara bazar”da bankların təklif etdiyi, amma satmadığı məzənnə arasında kəskin fərq var”.

İqtisadçının sözlərinə görə, hazırda manatın real bazar dəyərini də müəyyənləşdirmək çox çətindir:

"Nəzərə almaq lazımdır ki, hərraclarla bağlı məlumatlar qapalıdır, yalnız ayın yekununda açıqlanır. Məlumatlar ictimaiyyətə elan olunmadığı üçün yenə də bazar dəyərinin müəyyənləşdirilməsində çətinliklər var. Əslində Mərkəzi Bank hər bir hərracdakı məlumatları ictimaiyyətə şəffaf şəkildə elan etməlidir.

Bizim qiymətləndirmələrimiz göstərir ki, liberal məzənnə siyasətinə keçid baş verərsə, 1 dollar 2 manat 20 qəpiklə 2 manat 50 qəpik arasında dəyişə bilər.

Bu, Mərkəzi Bankın prosesə hansı səviyyədə hazırlaşmasından asılı olacaq. Mərkəzi Bank müxtəlif metodlardan istifadə edib bazar təklifi yaradaraq, əks dollarlaşma prosesinə start verəcəksə, o zaman manat nisbətən az dəyər itirəcək”.

Şərhlər

XƏBƏR LENTİ