SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » SOCAR-da yeni təyinat

SOCAR-da yeni təyinat

Tarix:

18-07-2017, 11:39

/ 175 206 dəfə oxundu.
SOCAR-da yeni təyinat

"SOCAR Turkey Energy A.Ş."-nin rəhbərliyində dəyişiklik baş verib.

Murat LeCompte SOCAR-ın Türkiyədəki törəməsinin xarici əlaqələr üzrə direktoru vəzifəsinə gətirilib.

"Bu aydan etibarən Murat LeCompte "SOCAR Turkey Energy A.Ş." və onun törəmələrinin institusional, mətbuat, təşkilati əlaqələrinə cavabdeh olacaq. Bununla yanaşı, o, sosial məsuliyyəti layihələrinin həyata keçirilməsinə də rəhbərlik edəcək", -deyə şirkətin açıqlamasında qeyd edilib.

Qeyd edək ki, bunadək (2006-2017) Murat LeCompte BP-nin Türkiyədəki nümayəndəliyində analoji vəzifəni tutub.

Şərhlər

XƏBƏR LENTİ