SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » “Mən qalmaqallı insan deyiləm”

“Mən qalmaqallı insan deyiləm”

Tarix:

16-01-2017, 22:57

/ 2 211 dəfə oxundu.
“Mən qalmaqallı insan deyiləm”

Nəzakət Teymurova Opera və Balet Teatrından çıxmasından danışdı

Opera və Balet Teatrında bir-birinin ardınca 15 sənətçinin işdən çıxması mədəniyyət aləmində qalmaqala səbəb olub. Teatrın əməkdaşı xalq artisti, baletmeyster Mədinə Əliyevanın sözlərinə görə, bədii rəhbər Kamilla Hüseynova təyin olunduqdan sonra bu olay baş verib.

Teatrı tərk edənlər arasında 20 il bu mədəniyyət ocağında çalışan xalq artisti Nəzakət Teymurova da var. Xalq artisti “Yeni Müsavat”ın əməkdaşının suallarını cavablandıraraq teatrdan getməsinin səbəblərini açıqlayıb:

- Nəzakət xanım, gözlənilmədən bu cür qərar verməyinizə səbəb nə oldu?

- Özüm ərizəmi yazıb çıxmışam.

- Amma bundan əvvəl müsahibələrinizdə bildirmişdiniz ki, Opera və Balet Teatrına gəlişiniz heç də asan olmayıb, hətta ikinci qəbuldan sonra siz ora daxil olam bilmisiz. Bəs gedişiniz niyə belə asan oldu?

- Mənə görə narahat olan hər kəsə öz təşəkkürümü bildirirəm. Amma bir daha qeyd edirəm ki, bu qərarı özüm vermişəm və ərizəm qəbul olunub. Səbəbi də odur ki, pedaqoji fəaliyyətimlə çatdıra bilmirəm. Yəni, heç bir narahatçılığa səbəb yoxdur.

- Bəziləri sizin gedişinizi teatrda baş verən qalmaqalla əlaqələndirdi. Hətta iddialarda o da səsləndi ki, həyat yoldaşınız sizi səhnəyə qısqandığından bu cür addım atmaq məcburiyyətində qalmısınız.

- Bunlar bəhanədir. Mən 20 illik tamaşamı keçən il oynamışdım. Demişdim ki, özümə hörmət, sənətimə hörmət edən, özümə qarşı çox tələbkar insanam və müəyyən yaşa gəldikdə teatrdan çıxacağam. Heç bir yoldaş, bacı, bu barədə söz deyə bilməz. Sadəcə istəmişəm ki, hər şey vaxtında gözəl olsun.

- Belə anlaşılır ki, səhnədən tamamilə gedirsiz?

- Yalnız Opera səhnəsindən gedirəm. Mənim nə səsimi, nə də görkəmimi əlimdən alıblar. Sadəcə oradan yollarımı ayırdım və pedaqoji fəaliyyətimə davam edəcəm. Tədbir və konsertlərdə olacağam.

- Bu il sizin üçün uğurlu başlamadı deyə bilərikmi?

- Yox, mən qərarımı oktyabr ayında vermişəm. İndi deyil, 3 ay bundan əvvəl çıxmışam. Sadəcə, indi mətbuatda bu barədə yazıldı, şişirdildi. Mən hər şeyi sivil şəkildə olmasını xoşlayıram, qalmaqallı bir insan deyiləm ki, onu bayraq edib çıxım. İndi bəzi məsələlər üst-üstə düşdüyündən, bu belə qalmaqallı oldu. Amma bir daha qeyd edirəm ki, oktyabr ayından müdiriyyətə özüm ərizə yazımı vermişəm.

- Kifayət qədər dəyərləndirilmədiz, layiqli qiymətinizi almadınız, ya başqa olaylar baş verdi deyə, bu cür qərar verdiz?

- Heç nə baş vermədi (gülür). Hər şey yaxşıdır, indi işlərimin hamısına çatıram. Operada zaman çox tələb olunurdu, ona görə də fəaliyyətimi dayandırmağa məcbur oldum. Gənclər var ki, onlar “Leyli Məcnun”u oynayarlar.

- İddialar var ki, sizinlə bərabər 15 sənətçi gözlənilmədən teatrdan çıxmaq qərarına gəlib. Bu məlumat doğrudurmu?

- Mən bu barədə mətbuatdan oxudum. Heç xəbərim yox idi ki, 15 nəfər çıxıb. Bəzi solistlərimizin çıxdığını bilirdim, amma onların 15 nəfər olduğunu bilmirdim. Hamısı da yaxın insanlarımızdır.

- Həmkarlarınız, yaxınlarınız bu qərarınızı necə qarşıladı? Sizi fikrinizdən döndürən oldumu?

- Həmişə düşünüb-daşındıqdan sonra qərarı verirəm.

- Qızınızın sizin sənətə marağı varmı? Onun da bu sənətdə olmağınızı istərdinizmi?

- Yox. Mənim qızım Bakı Dövlət Universitetində oxuyur. Onun bu sənətilə heç bir əlaqəsi yoxdur.

Şərhlər

XƏBƏR LENTİ