SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hacıqabulda DYP əməkdaşlarının Qədir-Xum keyfi və ya DÖVLƏTƏ ETİNASIZLIĞI

Hacıqabulda DYP əməkdaşlarının Qədir-Xum keyfi və ya DÖVLƏTƏ ETİNASIZLIĞI

Tarix:

28-06-2017, 12:26

/ 63 528 dəfə oxundu.
Hacıqabulda DYP əməkdaşlarının Qədir-Xum keyfi və ya DÖVLƏTƏ ETİNASIZLIĞI

Azərbaycan mediasını Dövlət Yol Polis əməkdaşları ilə bağlı ilginc faktlar gündəmi zəbt etməkdədir. Qanundan kənar əməllərə yol verməklə sürücülərlə kobud davranan, onlardan rüşvət tələb etmək və tələbin alınmadığı təqdirdə digər qanunsuz vasitələrə əl atan "yol bahadırları" nədənsə son zamanlar vəzifə səlahiyyətlərini tez-tez unudurlar..
Hacıqabul Dövlət Yol Polis şöbəsində baş verən neqativ ilgilərlə bağlı analoji məlumatlar daxil olmaqdadır.
Məlumatlı mənbə bildirir ki, DYP əməkdaşları rayon ərazisində kobud özbaşınalıqlara yol verir, müxtəlif bəhanələrlə sürücüləri cərimə edir, onları süründürməçiliyə mə`ruz qoyurlar. Dövlətçiliyə deyil, şəxsi maralarına xidmət edən həris Hacıqabul yol polisləri, eləcə də yol hərəkətinə nəzarət tələblərini xüsusi "preyskurant" vasitəsi ilə həyata keçirirlər.
Ən əsası isə, xüsusi peşə hazırlığı keçməyən naşı, təcrübəsiz kadrların yolunun məhz Hacıqabul Dövlət Yol Polis şöbəsindəndən keçməsi isə, təkcə rayon sakinlərini deyil, həmçinin Şirvan və digər ərazi sakinlərini düşündürən məsələdir..
Mənbə bildirir ki, cari ayın əvvəllərində, gecə radələrində Şirvan vətəndaşı idarə etdiyi maşınla Hacıqabul ərazisindən keçən zaman maşını xarab olmuş və bununla bağlı Hacıqabul ərazisində keşik-marşut qismində fəaliyyət göstərən Yol Polis əməkdaşlarına müraciət etmək qərarına gəlib. Lakin sürücünün bu arzusu ürəyində qalıb. Belə ki, yaxınlıqda yaşayan sakinlər sürücüyə bildiriblər ki, gecə vaxtı ərazidə bir dənə də yol polisi tapa bilməzsən, hamısı Qədir-Xumda kef çəkirlər.
Bundan sonra yerli sakinlərin köməyi ilə avtomobilinin nasazlığını aradan qaldıran Şirvan sakini, operativlik nümayiş etdirmək qərarına gəlib və eşitdiklərinə əmin olmaq üçün Bakı-Hacıqabul yolunda yerləşən Qədir-Xum İstirahət Mərkəzinə gəlib və dövlət nömrə nişanı 99 YP 629 olan xidməti avtomobili restoranın həyətində saxlanıldığını, kabinədə isə iki yol polis əməkdaşının kef məclisi qurduğunun şahidi olub.
Məlumatlı mənbə yol polis əməkdaşlarından birinin adının Balaxan olduğunu, digərinin isə adını öyrənə bilmədiyini bildirib.
Nəzərinizə çatdırım ki, adıçəkilən yol polis əməkdaşı Balaxan, xüsusi amansızlığına görə Hacıqabul və Şirvanda ad çıxarmış yol polis əməkdaşıdır. Eləcə də bildirilir ki, Balaxan, Hacıqabul və Şirvandan gələn sürücülərin canını boğazına yığaraq haqsız tələblərlə onlardan istədiyi məbləği alır.
Maraqlıdır, xidməti ərazidə nəqliyyat vasitələrinin fasiləsiz, təhlükəsiz və maneəsiz hərəkətini, keşik post və marşrutlarında ictimai təhlükəsizliy tə`min etmək əvəzinə, istirahət mərkəzində kef məclisi quran Hacıqabul DYP əməkdaşları törətdikləri qanunsuz hərəkətlərinə hesabat verirlərmi? Əsla yox!.
Çünki qarşısında duran vəzifələri öz şəxsi ambisiyasına, kef məclislərinə qurban verən Hacıqabul rayon DYP əməkdaşları, ələlxüsus gecə saatlarında sürücülərə köməyin zəruri olduğu anlarda belə xidməti intizamı və sayıqlığı əldən verir..
Görəsən Baş Dövlət Yol Polis İdarəsi baş verənlərlə bağlı məsələyə necə münasibət bildirəcək?
Güman edirik ki, Baş İdarə tərəfindən atılacaq addım, onsuz da qarşısı alınmaz bir prosesə çevrilən yol polisi qalmaqalında həll edici məqam olacaq..

Bu həm bizə, həm də oxucularımız üçün çox maraqlı olacaq...

OperativXeber.az
Hacıqabulda DYP əməkdaşlarının Qədir-Xum keyfi və ya DÖVLƏTƏ ETİNASIZLIĞI
Hacıqabulda DYP əməkdaşlarının Qədir-Xum keyfi və ya DÖVLƏTƏ ETİNASIZLIĞI
Hacıqabulda DYP əməkdaşlarının Qədir-Xum keyfi və ya DÖVLƏTƏ ETİNASIZLIĞI

Şərhlər

XƏBƏR LENTİ