SON DƏQİQƏ
XalqXeber.Az » Texnologiya » Nə qədər “Facebook” istifadəçisi var? - Mark Zükerberq açıqladı

Nə qədər “Facebook” istifadəçisi var? - Mark Zükerberq açıqladı

Tarix:

28-06-2017, 12:20

/ 57 907 dəfə oxundu.
Nə qədər “Facebook” istifadəçisi var? - Mark Zükerberq açıqladı

"Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayı 2 milyard nəfəri ötüb.

Bununla da "Facebook” ən çox istifadəçisi olan sosial şəbəkəyə çevrilib. Dünya əhalisinin sayı ilə müqayisəli şəkildə götürsək, rəqəmin astronomik olduğunu görərik. Dünya əhalisinin (təxminən 7,4 milyard) demək olar ki, hər dörd nəfərindən biri Harvard Universitetinin tələbəsi Mark Zükerberq tərəfindən 2004-cü ildə yaradılan bu sosial şəbəkənin üzvüdür.

Hazırda "Facebook”un dünyanın 50-yə yaxın şəhərində 18 min nəfərdən çox işçisi var. "Forbes” nəşrinin son hesabatına görə, "Facebook”un 33 yaşlı rəhbəri Mark Zükerberq cəmi 13 il ərzində dünyanın ən varlı 5 insanından birinə çevrilib

Şərhlər

XƏBƏR LENTİ