SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Bir neçə dəqiqəyə üzün dərisini necə cavanlaşdırmaq olar?

Bir neçə dəqiqəyə üzün dərisini necə cavanlaşdırmaq olar?

Tarix:

28-06-2017, 11:24

/ 60 001 dəfə oxundu.
Bir neçə dəqiqəyə üzün dərisini necə cavanlaşdırmaq olar?

Üz dəriniz cavanlaşmasını istəyirsinizsə, o zaman bu masknı həftədə 2-3 dəfə tətbiq edin.

Aşağıdakı maskalar sizin üzünüzün dərisinin gözəlləşməsinə səbəb olacaq.

1. Yulaf maskası

3-4 qaşıq yulaf süddə və ya qaymaqda bir müddət saxlandıqdan sonra üzə yaxıb 15-20 dəqiqə saxlanılır. Sonra üz isti su ilə yuyulur. Bu maska quru dərini yumşldır, qidalandırır və təravətləndirir.

2. Kefir maskası

Kefir üzə və boyun nahiyəsinə sürtülür və 20-25 dəqiqə saxladıqdan sonra isti su ilə yuyulur. Əgər kefirin yağlılığı çoxdursa, o zaman onu həftədə 1 dəfə üzünüzə sürtün. Yox əgər kefir yağsızdırsa, o zaman həftədə 2-3 dəfə kefir maskası qoya bilərsiniz.

3. Kəsmik maskası

2 xörək qaşığı kəsmik, 2 xörək qaşığı yerkökü şirəsi, 2 xörək qaşığı zeytun yağı, 2 xörək qaşığı süd qarışdırılır və eynitərkibli maddə alınır. Bu qarışım üzə 3 mm qalınlığında sürtülür və 15 dəqiqə saxlanılır. Sonra maska isti su ilə yuyulur.

4. Bal maskası

2 xörək qaşığı bal, 2 xörək qaşığı yulaf, 2 çay qaşığı süd qarışdırılır. Qarışım bir müddət saxlanıldıqdan sonra üzə sürtülür və 15-20 dəqiqə sonra isti su ilə yuyulur. Maskanı bala qarşı allergiyası olan damların tətbiq eləməsi məsləhət deyil.

5. Banan maskası

Orta ölçülü banan əzilir, üzərinə 1 çay qaşığı qidalandırıcı krem, 1 çay qaşığı zeytun yağı, yarım çay qaşığı limon şirəsi əlavə edilib qarışdırılır. Qarışım üzə sürtülür, 15-20 dəqiqə saxlandıqdan sonra isti su ilə yuyulur.

Şərhlər

XƏBƏR LENTİ