SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » MTN polkovniki həbsxanadan adam çıxarırmış — QİYMƏT

MTN polkovniki həbsxanadan adam çıxarırmış — QİYMƏT

Tarix:

22-06-2017, 14:37

/ 167 343 dəfə oxundu.
MTN polkovniki həbsxanadan adam çıxarırmış — QİYMƏT

Dələduzluqda təqsirləndirilən sabiq MTN polkovniki Vüqar Güləli və onunla ittiham olunan Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılov, Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iyulun 6-a iclası təyin edilib.

Qeyd edək ki, C.İbayev, V.Əsədov, V.Güləli və Ni.Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib.

Belə ki, həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi veriblər. Onlar qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, təqsirləndirilən şəxslər digər vətəndaşlara da qarşı dələduzluq ediblər.

C.İbayev, V.Əsədov, V.Güləli və Ni.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

V.Əsədov, A.İsmayılov və C.İbayev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

V.Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub. O uzun müddət Laçın rayon şöbəsinin rəisi olub. Hazırda təqaüddədir.

Şərhlər

XƏBƏR LENTİ