SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 400 minlik toyu olan məmur qızının yalanı üzə çıxdı - LİDER TV TƏKZİB ETDİ

400 minlik toyu olan məmur qızının yalanı üzə çıxdı - LİDER TV TƏKZİB ETDİ

Tarix:

22-06-2017, 14:35

/ 167 657 dəfə oxundu.
400 minlik toyu olan məmur qızının yalanı üzə çıxdı - LİDER TV TƏKZİB ETDİ

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı videobloger Aysel Şükürova Lider Televiziyasında aparıcılıq edəcəyi barədə sosial şəbəkədə xəbər yayıb. Amma özünə 400 minlik toy edən məmur qızının yalanı üzə çıxıb.

Məsələ ilə bağlı Lider televiziyasının direktor müavini Lamiyə Ələkbərova açıqlama verərək, xəbəri təkzib edib:

“Bizim bu barədə məlumatımız yoxdur, o adda adamı da telekanala dəvət etməmişik. Anlamadım, Lider TV-də onu işə götürəcəyinə kim söz verib? Bu sualı o qızın özünə vermək lazımdır. Ümumiyyətlə, Aysel Şükürova adlı adamı tanımırıq”.

Qeyd edək ki, məmur qızı İnstaqram səhifəsində belə yazıb:

“Qızlar, çalışın həyatda məqsədiniz olsun. Çünki əvvəllər öz-özümə deyirdim ki, görəsən nə vaxtsa arzum gerçəkləşəcək? Elə də oldu. Gerçəkləşdi. Bir daha əmin oldum ki, niyyətin hara mənzilin ora. Bu söz boşuna deyilməyib. Həmişə istəmişəm ki, incəsənətlə bağlı bir şey edim. Amma bəzi səbəblərdən alınmırdı. 2013-cü ildən blogerlik edirəm. Onda məni 4000 xanım izləyirdi. Sonra səhifəmi bağladım. Bir müddət sonra yenidən açdım. Amma elə oldu ki, səhifəni indi minlərlə xanım izləyir.

Bundan sonra isə artıq Lider TV-də aparıcı kimi özümü sınayacam. Bloger kimi çalışıdığım qədər sizə kömək olduğuma inanıram. Daha böyük planlarım var. İnşallah bilirəm ki, o da olacaq”.

yeniçağ.az

Şərhlər

XƏBƏR LENTİ