SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarıldı

Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarıldı

Tarix:

26-05-2017, 14:44

/ 116 712 dəfə oxundu.
Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarıldı

Məhkəmə Fətullahçı Terror Təşkilatının (FETO) ABŞ-da gizlənən rəhbəri Fətullah Gülənin Türkiyə vətəndaşlığından çıxarılması barədə qərar qəbul edib

Bununla bağlı qərarı Adana 11-ci Ağır Cinayətlər Məhkəməsi verib.

Məhkəmə ölkənin Ədliyyə Nazirliyinə məktub göndərərək F.Gülənin Türkiyə vətəndaşlığından çıxarılması ilə bağlı qərarı əsaslandırıb.

Qeyd edək ki, uzun illərdir ABŞ-da yaşayan FETÖ rəhbəri F.Gülən Türkiyədə dövlət çevrilişinə cəhdə və digər cinayətlərdə ittiham olunur. Rəsmi Vaşinqton onu Türkiyəyə təhvil verməkdən imtina edir.

Şərhlər

XƏBƏR LENTİ