SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bərdə bələdiyyəsinin sədri yol qəzasına düşərək xəsarət alıb

Bərdə bələdiyyəsinin sədri yol qəzasına düşərək xəsarət alıb

Tarix:

26-05-2017, 14:34

/ 116 470 dəfə oxundu.
Bərdə bələdiyyəsinin sədri yol qəzasına düşərək xəsarət alıb

Bərdə rayonunda sərxoş sürücü qəza törədib.
Hadisə şəhərin Koroğlu kücəsində qeydə alınıb.
Belə ki, rayon sakinləri Nurlan Çərkəzlinin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Sadiq Vaqif oğlu Xəlilovun idarə etdiyi "Toyota - Prado" markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
"VAZ-2107"-nin sürücüsünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olub.
Qeyd edək ki, "Toyota - Prado" markalı avtomobilin sürücüsü S.Xəlilov Bərdə Şəhər Bələdiyyəsinin sədridir.
Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ