SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Müəllimlərə pis xəbər: ixtisarlar olacaq (RƏSMİ)

Müəllimlərə pis xəbər: ixtisarlar olacaq (RƏSMİ)

Tarix:

26-05-2017, 13:35

/ 117 577 dəfə oxundu.
Müəllimlərə pis xəbər: ixtisarlar olacaq (RƏSMİ)

İndiyədək keçirilən diaqnostik qiymətləndirmələrdə kifayət qədər zəif nəticə göstərən müəllimlərin ixtisar ediləcəyi qaçılmazdır.

Bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, indiyədək 140 minə yaxın müəllim diaqnostik qiymətləndirmədən keçib.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov isə deyib ki, bəzi müəllimlərin peşəkarlığını onları təlimə cəlb etməklə yüksəltmək mümkün deyil:

"Ona görə də biz belə müəllimlərin işləməsini məqsədəuyğun saymırıq. Artıq həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsi barədə müvafiq qurumlara tapşırıqlar verilib. Təbii ki, heç kim istəməz ki, uşağına belə müəllim dərs keçsin".

Şərhlər

XƏBƏR LENTİ