SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » "İkinci dəfə ailə qura bilərəm" - Lalə Məmmədova

"İkinci dəfə ailə qura bilərəm" - Lalə Məmmədova

Tarix:

24-01-2017, 11:36

/ 1 943 dəfə oxundu.
"İkinci dəfə ailə qura bilərəm" - Lalə Məmmədova

Əməkdar artist Lalə Məmmədova Nail Naiboğlunun “Qonağım” layihəsinin qonağı olub.

Məlumata görə, müğənni sevgidən bəhs edib.

O, “Özünü Leyli kimi görə bilirsən” sualına belə cavab verib:

“Fikrimcə, Leyli güclü obraz deyil. Leyli qadın olaraq zəif məxluqdur. Valideynləri onu başqasına ərə verir, ixtiyarı olmur etiraz etsin. Haqq səsini qaldıra bilməyən, zəif biridir. Dərdin əlindən şam kimi əriyib gedir. Məcnun daha fədakardır.

Sevgi elə bir hissdir ki, gərək qarşındakı insanın da acılarını içinə çəkəsən. Gərək həmin insan bütövlükdə sənin beyninə də, həyatına da hakim olsun. Ağıllı insanlar sevə bilmirlər. İnsan sevəndə dəli olur, ağlını itirir".

L.Məmmədova şəxsi həyatını gizli saxlamasının səbəbini açıqlayıb:

"Şəxsi həyatımdan nə danışım? Mən də ailə qurdum, alınmadı, qismət. Günahkarın kim olduğu hamıya qaranlıq qalacaq. Mən və qarşı tərəf bilir ki, nələr baş verib. Nəticə olaraq ürəyimi ağrıdan məqam övladlarımdır. Mənə çətindir, amma şəxsi həyatımın sənətimə aidiyyatı olmamalıdır. Ola bilər yenidən ailə qurum, həyat davam edir.

Qeyd edək ki, "Qonağım" rubrikası "Lider" telekanalında yayımlanan "Klip+" verilişində yer alır.

Şərhlər

XƏBƏR LENTİ