SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Arif Əsgərovun oğlu Kürdəxanıda saxlanılan xalasıoğluyla üzləşdirildi – YENİ NÜANSLAR

Arif Əsgərovun oğlu Kürdəxanıda saxlanılan xalasıoğluyla üzləşdirildi – YENİ NÜANSLAR

Tarix:

24-01-2017, 11:19

/ 3 698 dəfə oxundu.
Arif Əsgərovun oğlu Kürdəxanıda saxlanılan xalasıoğluyla üzləşdirildi – YENİ NÜANSLAR

Sevil Hacıyeva: “Teymur Ağamirovun tez-tez təqsirləndirilən şəxslərin anası Lətifə Hüseynovaya zəng etməsində nə marağı ola bilər?”

Nəqliyyat nazirinin müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun oğlu Elnar Əsgərov Kürdəxanı Təcridxanasında saxlanılan Rahib Hüseynovla üzləşdirilib.
Qeyd edək ki, E.Əsgərovla xalaoğlu olan R.Hüseynov Arif Əsgərovun sədr olduğu vaxtlarda “Azərbaycan Dəmir Yolları” QSC-də marketinq şöbəsinin müdiri işləyib.
2016-cı ilin noyabrında Rahib Hüseynov qardaşı Emin Hüseynovla birlikdə 2016-cı ilin noyabrında DİN Baş DYPİ-nin rəisi Ramiz Zeynalovun qardaşıoğlu polis zabiti Qoşqar Zeynalovun şikayəti əsasında həbs ediliblər, qardaşlar barəsində DİN-in İstintaq və Təhqiqatlar Baş İdarəsində istintaq prosesi gedir.
Qardaşların vəkili S.Hacıyeva bildirib ki, R.Hüseynov Elnar Əsgərovla, habelə, Qoşqar Zeynalovla bir dəfə üzləşdirilib.
“Lakin bu üzləşdirmə kifayət etmədi, çünki bir çox suallar cavabsız qalıb. Biz həmin üzləşdirmənin protokolunun surətini də müstəntiq Teymur Ağamirovdan ala bilmirik. Dəfələrlə vəsatət qaldırmışam ki, yenidən üzləşdirmələr təşkil olunsun, təqdim etdiyimiz bir sıra digər faktlar iş materiallarına daxil edilsin, amma heç bir reaksiya yoxdur. Ortada sadəcə hərəkətsizlik var. Müstəntiq Teymur Ağamirovun hərəkətsizliyi ilə bağlı Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi Kamal Qılıcova da şikayətimizi bildirmişik, qəbulunda olub məsələni izah etmişik. Kamal müəllim bizi çox mehriban qəbul etdi, amma ümid edirəm ki, müraciətimiz bir nəticə verəcək. Eyni zamanda, Səbail Rayon Məhkəməsinə müstəntiqin hərəkətsizliyi ilə bağlı şikayət etmişəm. Sabah məhkəmə iclası olacaq”,- deyə S.Hacıyeva bildirib.
Vəkilin sözlərinə görə, müstəntiq Teymur Ağamirov bir sıra prosesual qaydaları pozur.
“Proses iştirakçısı mənəm, təqsirləndirilən Rahib və Emin Hüseynovu təmsil edirəm. Lakin Teymur Ağamirov nəinki mənimlə ünsiyyətdən qaçır, hətta tez-tez müvəkkillərimin anası Lətifə Hüseynovaya zəng edərək, məndən şikayətlənir və mətbuata danışmağımı istintaq sirrini açmaq və hətta “şantaj” kimi qələmə verməyə çalışır. Əslində isə müstəntiq Hüseynovlar ailəsinə təsir etməyə çalışır. Müstəntiq iş barədə tərəf olaraq mənimlə danışmalıdır, Rahib və Emin Hüseynov qardaşlarının anasıyla yox. Müstəntiqin cinayətdə təqsirləndirilən şəxslərin ailəsiylə tez-tez telefon əlaqəsi yaratması yolverilməzdir. Sual yaranır ki, Teymur Ağamirovun tez-tez Lətifə Hüseynovaya zəng etməsində nə marağı ola bilər? Bu qanunsuzluğa birdəfəlik son verilməlidir”, - deyə S.Hacıyeva vurğuladı.
Vəkil Sevil Hacıyeva əlavə etdi ki, bu yaxınlarda Hüseynov qardaşlarının həbs müddəti daha üç ay uzadılıb: “Açıq-aydın görünür ki, məqsəd hansısa “cinayətkarı” cəzalandırmaq, cinayət işini araşdırmaq yox, sadəcə qardaşları daha çox həbsdə saxlamaq və onların ailəsinə psixoloji təzyiq göstərməkdir. Yanvarın 24-də məsələ ilə bağlı mətbuat konfransı olacaqdı, amma İsmayıl Hüseynov yaşadığı streslərdən insult olub, halı pisləşməsi səbəbiylə Bakıya gələ bilmədi. Ona görə də, mətbuat konfransını fevralın 7-nə qədər təxirə salmalı olduq”.
Qeyd edək ki, S.Hacıyevanın iddialarıyla bağlı, dəfələrlə Teymur Ağamirovun da mövqeyini öyrənməyə çalışmışıq, lakin T.Ağamirov bizə açıqlama vermək istəməyib.

LEGİON

Mövzu ilə bağlı linklər:
Ramiz Zeynalov qardaşıoğlundan Prezidentə şikayət edən ailəyə təzyiq göstərir? “Arif Əsgərov, həyat yoldaşı və oğlu istintaqa cəlb olunmalıdır” – MÜSAHİBƏ
Arif Əsgərovun baldızı və bacanağı ondan İlham Əliyevə şikayət etdi – MƏTN
Arif Əsgərovun baldızı deputat oğluna 1,7 milyon dollar verməsindən danışdı – NÜANSLAR
Deputatın oğlu milyon yarıma "kollektor" xidməti göstərir?
Arif Əsgərov oğlu naminə bacanağının övladlarını qurban verir? – ARAŞDIRMA(AUDİO)
Əhliman Əmiraslanovun oğlundan Prezidentə şikayət olundu – MƏTN
Ramiz Zeynalovun polis qardaşıoğlu sələmçiliklə də məşğuldur? – ARAŞDIRMA









Şərhlər

XƏBƏR LENTİ