SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » DİN əmıkdaşının oğlu Almaniyada sığınacaq alıb

DİN əmıkdaşının oğlu Almaniyada sığınacaq alıb

Tarix:

24-01-2017, 10:47

/ 2 758 dəfə oxundu.
DİN əmıkdaşının oğlu Almaniyada sığınacaq alıb

12 yanvar 2016-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 008-saylı qərarı ilə «İnsan alveri qurbanlarına kömək Fondu haqqında Əsasnamə»si təsdiq edilib və bundan sonra Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi yanında bu yeni fondun sədri təyin edilib. Nazirin əmrinə əsasən tanınmış hüquq müdafiəçiis Təmiz Dünya Qadınlara Yardım İçtimai Birliyinin sədri Mehriban Zeynalova fondun sədri təyin edilib.Yəni Mehriban xanım hazırda DİN-nin əmrinə əsasən nazirliyin İnsan Alveri Qurbanlarına Kömək Fondunun sədri kimi DİN-nin əməkdaşı hesab edilir.Maraqlıdır DİN-nin belə mühüm fonduna rəhbərlik edən şəxsin oğlu necə və hansı səbəblərdən ölkəni tərk edir və Almaniyada sığınacaq alır.

Bu istiqamətdə apardığımız araşdırma zamanı əldə etdiyimiz faktlarda göstərir ki, İnsan Alveri Qurbanlarına Kömək Fondunun sədri Mehriban Zeynalovanın oğlu Xalid Zeynalov və onun hyat yoldaşı Aysel Zeynalova Azərbaycanı 2016-cı ilin Avqust ayında tərk edərək Almaniyaya yerləşiblər. Məlumata görə Xalid Zeynalov Almaniyada yaşamaq üçün sığınacaq istəyib və bundan sonra o bir müddət sığınacaqda yerləşdirilib. Xalid Zeynalovun facebook sosial şəbəkəsində mövcud olan səhifəsində paylaşdığı müəyyən statuslar da göstərir ki, Mehriban Zeynalovanın oğlu onun Azərbaycanda məsul olduğu vəzifəsini təhlükə altına salmaqdadır. Mehriban xanım uzun illərdi ölkəmizdə insan haqlarının müdafiəçilərindəndir və onun daha çox müxtəlif təcavüz və işgəncələrə məruz qalan qadınlara verimiş olduğu dəstək,onların hüquqlarının müdafiəsi istiqamətində attıdğı addımlar daima təqdirəlayiq hesab edilib.Amma Xalid Zeynalov deyəsən bunlardan xəbərsizdir ki,

" Azərbaycan hərbi hissə kimi yerə dönür,camaatda vaxtını öldütmək üçün başqa ölkələrə qaçır”-kimi statuslar paylaşır. Maraqlıdır Xalid Zeynalov Azərbaycanı bütövlükdə hərbi hissəyə,insanları da əsgərə bənzətməklə nəyi deməyə çalışır.Digər bir tərəfdən əgər Xalid Zeynalovun Almaniyada siyasi sığınacaq almadan yaşaması mümkün deyil. O zaman da ortaya çıxan sual bundan ibarət olur ki, Xalid Zeynalov Almaniyada belə uzun müddətli qalması üçün nələrə əl atıb? Yəqin ki,bütün bunlara onun özü də münasibət bildirər.Amma məsələ ondadır ki, DİN-nin İnsan Alverinə Qarşı Baş İdarəsi rəisi general-mayor Şərif Əsədullayevin birbaşa nəzarətində olan bir fondun rəhbərinin oğlu Almaniyada sığınacaq alaraq yaşayırsa,yəqin ki,bunun məsuliyyətini də məhz bu şəxslər daşıyırlar.

Redaksiyadan: Bu məlumatda səsləndirilənlərlə bağlı Mehriban Zeynalovanın və DİN-nin İnsan Alverinə Qarşı Baş İdarəsinin də mövqeini dərc etməyə hazırıq.
DİN əmıkdaşının oğlu Almaniyada sığınacaq alıb
DİN əmıkdaşının oğlu Almaniyada sığınacaq alıb
DİN əmıkdaşının oğlu Almaniyada sığınacaq alıb
DİN əmıkdaşının oğlu Almaniyada sığınacaq alıb

Şərhlər

XƏBƏR LENTİ