SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Caviar şirkəti İlham Əliyevin 55 illik yubileyinə “iPhone” 7-lər hazırladı

Caviar şirkəti İlham Əliyevin 55 illik yubileyinə “iPhone” 7-lər hazırladı

Tarix:

24-01-2017, 10:31

/ 2 392 dəfə oxundu.
Caviar şirkəti İlham Əliyevin 55 illik yubileyinə “iPhone” 7-lər hazırladı

Caviar” italyan brendi üzərində Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin və prezident İlham Əliyevin rəsmi olan “iPhone”lar hazırlayıblar. Smartfonlar artıq Azərbaycanda satışa çıxarılıb.

Sonuncu "Supremo" kolleksiyasına daxil olan "Supremo H.Aliyev" smartfonunun hazırlanmasında qara alliqator dərisindən və titandan istifadə olunub. Titan üzərində Ümummilli liderin rəsmi, imzası, rəsmin ətrafında isə "Müasir Azərbaycanın yaradıcısı" sözləri və Azərbaycan Respublikasının gerbi oyma üsulu ilə işlənib. Smartfonlar bu il 24-cü ildönümü qeyd ediləcək Milli Qurtuluş Gününün yaradıcısı olan Ümummilli liderin şərəfinə hazırlanıb. Limitli "Supremo H.Aliyev" smartfonu məhdud sayda - cəmi 24 ədəd satışa çıxarılıb.

Caviar şirkəti İlham Əliyevin 55 illik yubileyinə “iPhone” 7-lər hazırladı
Caviar şirkəti İlham Əliyevin 55 illik yubileyinə “iPhone” 7-lər hazırladı
Caviar şirkəti İlham Əliyevin 55 illik yubileyinə “iPhone” 7-lər hazırladı
Caviar şirkəti İlham Əliyevin 55 illik yubileyinə “iPhone” 7-lər hazırladı

Digər "Supremo" kolleksiyası olan "Supremo I.Aliyev" smartfonunun hazırlanmasında da qara alliqator dərisindən və titandan istifadə olunub. Titan üzərində dövlət başçısının rəsmi, imzası, rəsmin ətrafında isə "Azərbaycan Respublikasının Prezidenti" sözləri və Azərbaycan Respublikasının gerbi oyma üsülu ilə işlənib. Ötən il 55 illik yubileyini qeyd etmiş prezidentin şərəfinə həsr olunmuş bu limitli smatfonlar məhdud sayda - 55 ədəd satışa çıxarılıb.

Caviar şirkəti İlham Əliyevin 55 illik yubileyinə “iPhone” 7-lər hazırladı

Şərhlər

XƏBƏR LENTİ