SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Zabratdakı Vertolyot meydançasının rəisi dostunu öldürdü - Yeyib-içdikdən sonra

Zabratdakı Vertolyot meydançasının rəisi dostunu öldürdü - Yeyib-içdikdən sonra

Tarix:

30-04-2017, 12:05

/ 65 920 dəfə oxundu.
Zabratdakı Vertolyot meydançasının rəisi dostunu öldürdü - Yeyib-içdikdən sonra

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin vəzifəli şəxsi adam öldürüb.

Məlumata görə, Zabrat qəsəbəsində yerləşən Vertolyot Meydançasının rəisi Faiq Qasımov dünən gecə saatlarında öz dostunu öldürüb.

Belə ki, F.Qasımov yaxın dostu, Qoşa Qala restoranının sahibi Tərlanla axşam toy məclisində yeyib-içiblər. Sonra isə dostlar əyləncə məclisini Fatmayi kəndində dəniz kənarında davam etdiriblər. Hələlik açıqlanmayan səbəbdən F.Qasımov avtomobolini dostu Tərlanın üzərinə sürüb və ona ağır xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən iş adamı vəfat edib.

Rəis F.Qasımov bu gün səhər saatlarında saxlanılıb.

***

Yeni məlumata görə, hadisə Binəqədi qəsəbəsində yerləşən "Həyat" istirahət mərkəzində baş verib.

Bu istirahət mərkəzi Dəmir Yolu İdarəsinin rəisi Cavid Qurbanova məxsusdur.

Şərhlər

XƏBƏR LENTİ