SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » «Ali Məhkəmə “Ata Bank”ı himayə edənlərin torpaq mülkiyyətimizi ələ keçirməsinə susur» - ŞİKAYƏT VAR

«Ali Məhkəmə “Ata Bank”ı himayə edənlərin torpaq mülkiyyətimizi ələ keçirməsinə susur» - ŞİKAYƏT VAR

Tarix:

20-01-2017, 13:01

/ 1 790 dəfə oxundu.
«Ali Məhkəmə “Ata Bank”ı himayə edənlərin torpaq mülkiyyətimizi ələ keçirməsinə susur» - ŞİKAYƏT VAR

Elektron poçtumuza şəhid qardaşı Hüseynov Arzu Camal oğlunun Prezident İlham Əliyevə ünvanlı müraciətinin surəti daxil olub. Şikayətçi ilə telefon əlaqəsi saxlanıldı və o, yazdıqlarını təsdiqlədi. Həmçinin bildirdi ki, 18.01.2017-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında hakim Rahib Nəbizadən sədrliyilə keçirilən məhkəmə prosesində 2-in sədrliyi ilə 1(107)-25/2016 saylı iş üzrə üçüncü şəxs Məmmədov Xalid Şirnalı oğlu və üçüncü şəxs “Ata Bank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-25\ 2016 saylı iş üzrə 30 avqust 2016-cı il tarixli qərarından verilmiş Kassasiya şikayətinə baxılmışdır:
«Biz, iddiaçı olaraq cavabdehlər Şəki rayon Baş Layısqı Bələdiyyəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “Şəki rayon Baş Layısqı Bələdiyyəsinin 27.02.2006-cı il tarixli, 02 nömrəli qərarının 4,89 ha torpaq sahəsinə aid hissədə və qərar əsasında DTXK-nın Şəki rayon Şöbəsi tərəfindən Yusifov Nizami İsmayıl oğlunun adına verilmiş torpağa mülkiyyət hüququna dair göstəriciləri JN 0639, kod 40409018 olan dövlət aktının mübahisələndirilən 4.89ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi” tələbinə dair ərizə ilə 04.04.2014-cü il tarixində Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdik. Məhkəmənin 25.06.2015-ci il tarixli qərarı ilə iddia tələbimiz təmin edilərək Şəki rayon Baş Layısqı Bələdiyyəsinin 27.02.2006-cı il tarixli, 02 nömrəli qərarının 4,89 ha torpaq sahəsinə aid hissədə və qərar əsasında DTXK-nın Şəki rayon Şöbəsi tərəfindən Yusifov Nizami İsmayıl oğlunun adına verilmiş torpağa mülkiyyət hüququna dair göstəriciləri JN 0639, kod 40409018 olan dövlət aktının mübahisələndirilən 4.89ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarından AR ƏMDK DƏDRX-nın 12 saylı ərazi idarəsi, üçncü şəxs olan Məmmədov Xalid Şirnalı oğlu və mübahisələndirilən torpaq sahəsi “Ata bank” ASC-də ipoteka ilə yüklü edildiyi üçün tərəf də Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25.06.2015-ci il tarixli qərarından apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsi 2-1(107)-25\ 2016 saylı iş üzrə 30 avqust 2016-cı il tarixli qərar (sədrlik edən hakim Vidadi Qasımov) qəbul edərək Məhkəmənin 25.06.2015-ci il tarixli qərarını dəyişdirilmədən saxlamışdır. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsilə çox düzgün olaraq Şəki rayon İnzibati-İqtisad Məhkəməsinin 25 iyun 2015-ci il tarixli qərarını dəyişdirmədən qüvvəsində saxlamışdır. Buna baxmayaraq üçüncü şəxs olan tərəflər Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-25\ 2016 saylı iş üzrə 30 avqust 2016-cı il tarixli qərarı ilə razılaşmayaraq kassasiya şikayəti vermişdilər. Tərəflər kassasiya şikayətlərini onunla əsaslandırlar ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25.06.2015-cü il tarixli qətnaməsinin əsaslandırıcı hissəsinə istinadən ilkin olaraq qeyd edir ki, məhkəmə işində iştirak edən iddiaçılar Şəki rayon Baş Layısqı Bələdiyyəsinin 27.02.2006-cı il tarixli, 02 nömrəli qərarının 4,89 ha torpaq sahəsinə aid hissədə və qərar əsasında DTXK-nın Şəki rayon Şöbəsi tərəfindən Yusifov Nizami İsmayıl oğlunun adına verilmiş torpağa mülkiyyət hüququna dair göstəriciləri JN 0639, kod 40409018 olan dövlət aktının mübahisələndirilən 4.89ha torpaq sahəsinə aid hissədə ləğv edilməsini mübahisələndirərkən məhkəmə inzibati aktlardan şikayət verilmə müddətinin buraxılmasını nəzrə almamışdır. Qeyd olunur ki, iddiaçılar 2006-cı ildə qüvvəyə minmiş inzibati aktlardan 8 il sonra şikayət verməklə qanunda nəzərdə tutulmuş şikayət müddətini ötürmüşlər».

«Cənab Prezident! Ümidimiz Sizədir, bizə kömək edin!»

«Cənab Prezident İlham Əliyevə müraciətimizin də səbəbi budur ki, Ali Məhkəmədə hüquqlarımız kobud surətdə pozulmuşdur.
Cənab Prezident! Bununla bağlı bildirmək istəyirik ki, qərarda AR İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinin tələblərinin pozulduğu və mübahisələndirmə haqqında iddia üzrə iddia müddətinin ötürüldüyü ilə bağlı kassasiya şikayətində qeyd edilənlərlə razılaşmırıq. Ona görə ki, biz iddiaçıların uzun müddət bir çox instansiyalarda o cümlədən, kənd bələdiyyəsində, DTXK-nin Şəki şəhər –rayon Şöbəsində məhkəmədə mübahisələndirilən, üçbucaq şəkilli və sahəsi 4,89 ha olan torpaq sahəsinin ümumi və şəxsi istifadədə olan torpaq sahələrindən kənarda olduğu bildirilirdi. İşdə olan mübahisələndirilən torpaq sahəsinin yerləşdiyi ərazinin düzgün tərtib edilməyən sxemində bütün bunlar öz təsdiqini tapır. Özünü vicdanlı alıcı hesab edən Məmmədov Xalid Şirnalı oğlu torpağın yerləşdiyi Baş Layısqı kəndinə gəlməmiş, aldığı torpaq sahəsini reallıqda görməmiş və bu torpağın vergisini, eləcə də qonşu Baş Göynük kəndində aldığı 120 ha torpaq sahəsinin vergisini indiyədək ödəməmişdir. Bu adam sadəcə olaraq Şəki şəhərində bu torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmasında iştirak etmişdir. Beləliklə, o vicdanlı alıcı kimi torpağın naturadakı vəziyyətilə heç vaxt maraqlanmamışdır. Digər tərəfdən, işdə olan Baş Layısqı Bələdiyyəsinin 24.06.2015-ci il tarixli, 86 N-li məktubundan göründüyü kimi, Məhkəmədə mübahisələndirilən üçbucaq şəkilli torpaq sahəsi satılan zaman bu sahə qanuni şəkildə istifadə olunan süni yaradılan göldən, vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahəsindən, bu sahələri birləşdirən yollar və cığırlardan, ümumi işlək yoldan və istifadə üçün yarasız olan qobu-dərədən ibarət olmuş, burada istifadədə olub, ümumi və şəxsi istifadədən kənarda qalan torpaq sahəsi olmamışdır. Bu torpaq sahələrinin koordinatlarının və döngə nöqtələrinin naturadakı vəziyyətinə uyğun gəlməməsi həmin torpaq sahələrinin qanunsuz istifadə də olmasını ehtiva etmir. Kassasiya şikayətində tərəf məhkəmənin mübahisəli münasibət üzrə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 16.3-cü maddəsinə istinad etməsini əsassız və qanunsuz hesab etmişdir. Belə ki, həmin qanunun 16.4-cü maddəsinə istinad edilən zaman maddənin məzmunu xatırlanaraq “səndələrdən göstərilən ölçülərdən artıq istifadə edilən və geri qaytarılması mümkün olmayan” torpaq sahələrinə aid olması vurğulanır. Və qeyd edirlər ki, guya mübahisələndirilən torpaq sahələri iddiaçılar tərəfindən istifadə olunmur. Və eyni zamnda qeyd edilir ki, hazırda bu torpaq sahəsi mülkiyyətçisi olan Xalid Məmmədov tərəfindən istifadə olunmaqdadır. Ona görə də tərəf hesab edir ki, məhkəmə tərəfindən həmin qanunun 16.4- maddəsinin tətbiqi maddi hüquq pozuntusu kimi qiymətləndirilməlidir.
Bununla bağlı cavab olaraq bildirirəm ki, mübahisələndirilən torpağın bir hissəsi, demək olar ki, yarısı şəhid ailəsi kimi mənim tərəfimdən 1995-ci ildən bu günədək əvvəl kənd icra nümayəndəsi ilə, 2001-ci ildən sonrakı dövrlərdə isə yerli bələdiyyə ilə əvvəlcə 10 il, sonra isə hər il bağlanmış icarə müqavilələri üzrə istifadə edilməkdədir, qalan təxmini yarısı isə 1996-cı ilə qəbul edilmiş “Torpaq islahatı haqqında” qanun çərçivəsində yerli islahat komissiyası tərəfindən 1998-ci il tarixində qərarı əsasında digər sakinlərə, iş üzrə iddiaçılara əvəzsis olaraq mülkiyyətlərinə verilmiş və bu barədə dövlət aktları təqdim edilmişdir. Hazırda da həmin şəxslər –iddiaçılar tərəfindən müxtəlif növ kənd təsərrüfatı məhsulları yetişdirilməkdədir. Yəni real istifadə olunmaqdadır. Mübahisələndirilən torpaq sahəsinin son 20 ildə kimlərin istifadəsində olmaları barədə yerli bələdiyyə və icra nümayəndələrinin, bələdiyyənin icarə müqaviləsi və 9 nəfərin dövlət aktları sübut kimi, yerli 5000 əhalisi olan kənd sakinləri də hər biri ayrı-ayrılıqda təsdiq edə bilərlər ki, bu torpaq kimlərə məxsudur və kimlərin istifadəsindədir. Deməli, tərəflərin yazdıqları kassasiya şikətlərində qeyd edilənlərin heç biri öz təsdiqini tapmamış və apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi üçün hüquqi əsaslar yaratmamışdır. Eyni zamanda qəbul edilən qərarların şikayətçilərin hansı hüquq və vəzifələrinə toxunduğu və mənafelərinə zidd olduğu hallar qeyd edilməmişdir. Şikayətçilərin əsas arqument hesab etdikləri və apellaysiya qərarının ləğv olunması üçün AR “İnzibati icraat haqqında” qanunun 73.1 və 73.2-ci maddəsində istinad olunmasına etiraz olaraq bir daha bildirmək istəyirik ki, Şəki rayon Baş layısqı Bələdiyyəsinin 27.02.2006-cı il tarixli, 02 N-li qərarından 8 il keçməsinə baxmayaraq, həmin qərarla özgəninkiləşdirilən torpaq sahəsi indiyə qədər iş üzrə iddiaçıların istifadəsindədir.
«Lakin çox təəssüflər olsun ki, işə baxan Ali Məhkəmə kollegiyası açıq-aşkar sifariş əsasında işdə maraqlı tərəf “Atabank”ın kassasiya şikayətini qismən təmin edərək Şəki Apellyasiya Məhkəməsinin 30 avqust tarixli qərarını ləğv etmişdir…»

Odur ki, bu qərarın nəticə hissəndə qanuni istifadə olduğu torpaq sahəsinin sahibkarlıq məqsədilə başqasının mülkiyyətinə satılmasından və onun tərəfindən də bu torpaq sahəsinin kənar vətəndaşa alqı-satqı yolu ilə satılmasından xəbər tutduqdan sonra məhkəməyə müraciət etmişlər. Lakin çox təəssüflər olsun ki, kassasiya şikayəti formal mülahizələr əsasında yazılsa da işə baxan Ali Məhkəmə kollegiyası açıq-aşkar sifariş əsasında işdə maraqlı tərəf olan “Atabank”ın kassasiya şikayətini qismən təmin edərək Şəki Apellyasiya Məhkəməsinin 30 avqust tarixli qərarını ləğv etmişdir. Ali Məhkəmənin kollegiyası qəbul etdiyi əsassız qərarında kassasiya şikayətində qeyd edilən buraxılmış müddəti əsas götürmüşdür. Və çox təssüflər olsun ki, biz iddiaçı tərəfi müdafiə edən vəkil Elçin Sadıqovun çıxışına hakimlər kinayə ilə yanaşmışlar. Ali Məhkəmənin ədalətsiz mövqeyi məni bir insan olaraq çox sarsıtdı. Mən məhkəmə çıxışımda bildirdim ki, mübahisələndirilən ərazini 1995-ci ildən icarə müqavilələri əsasında istifadə etməkdəyəm, torpaq sahəsinin qalan yarısı isə 9 ayrı-ayrı vətəndaşa 1998-ci il tarixindən dövlət tərəfindən əvəssiz olaraq onların paylı mülkiyyətinə verilmişdir. Və hazırda da biz vətəndaşlar tərəfindən istifadə olunmaqdadır. Ali Məhkəmənin Mülki Kollegiyası anlamalı idi ki, əgər onların paylı mülkiyyəti ikinci dəfə qanunsuz olaraq 2007-ci il tarixində yenidən qanunsuz yolla kimlərəsə satıblarsa, burda biz sadə vətəndaşların heç bir günahı ola bilməz. Hakimlər bu isbata ehtiyacı olmayan aksiomanı dərk etməli idilər. Və çox təəssüflər olsun ki, Ali Məhkəmə hakimləri “Atabank” kimi bir nüfuzlu bankın xeyrinə sifariş əsasında ədaləti bir tərəfə ataraq öz maraqları çərçivəsində səlahiyyətlərindən süi-istifadə edərək həll etdilər.
Cənab Prezident!
İndiki Azərbaycan reallığında belə məhkəmə biabırçılığı kimlərəsə adi hal kimi görünə bilər. Amma biz sadə vətəndaşlar ömür boyu halal zəhmətlə dolanmağa üstünlük vermişik. Möhtərəm hakimlər niyə “Atabank”a sual vermədi ki, başqalarının mülkiyyətində olan torpaq sahələrini niyə qanunsuz formada ələ keçirmisiniz? Bu təbii sualı verməməklə məhkəmə kollegiyası Azərbaycan dövlətinin adından çıxış edərək ədalətsizliyə imza atdı. Xatırlatmaq yerinə düşərdi ki, hazırda mübahisələndirilən 4,89 ha ərazidən başqa yuxarı hissədə daha 15 ha 31 kənd sakininə məxsus torpaq sahələri də qanunsuz və əsassız olaraq gizli formada “Atabank”a bağlı olan Xalid Məmmədov adlı şəxsə satılmışdır.

«Yerli bələdiyyə nəhayət, Bakının İçəri şəhər ərzisində yaşayan X.Məmmədovu taparaq ondan son 12 ilə görə 60 ha torpağın icarə haqqının ödənilməsini istəmişdir…»

Və həmin qanunsuz əldə edilmiş ərazilər yenə özlərinə məxsus “Atabank”a girov qoyularaq külli-miqdarda pul krediti əldə etmişlər. Digər məlumata görə Xalid Məmmədovun adına qonşu Baş Göynük kəndində də daha 60 ha torpaq sahəsi uzun müddətə icarəyə götürülmüşdür. Yerli bələdiyyə nəhayət, Bakının İçəri şəhər ərzisində yaşayan X.Məmmədovu taparaq ondan son 12 ilə görə 60 ha torpağın icarə haqqının ödənilməsini istəmişdir. Cavabında yerli bələdiyyə sədrinə hədə-qorxu gəlinmiş və ona «Bir də cürət edib bu məsləyə görə bizi narahat etsən sizin üçün pis olacaq” mesajını vermişlər. Araşdırmalarımızdan belə məlum olmuşdur ki, regionda külli-miqdarda torpaqları icarəyə götürən və mülkiyyətinə çevirən qrup hazırda Qəbələ rayonunda bir sıra iri layihələr həyata keçirməkdədir və bu işlərə hələki adını çəkmək istəmədiyimiz bir nazirə yaxın olan Aydın adlı şəxs rəhbərlik edir.
Qısası, ötən günkü Ali Məhkəmənin iclasında bu qruplaşmanın gücünü nəhayət, biz iddiaçılar hiss etdik. Amma bu qruplaşmaya kəndimizlə bağlı yaxın tariximizin kiçik xronologiyasını xatırlamağı borc bilirəm: 1734-cü ildə tarixdə “Biləciy üsyanı” kimi yadda qalan qanlı olayda indiki Biləcik kəndində Nadir şahın töycü yığan qərərgahı o vaxt bizim də daxil olduğumuz Göynük mahalının sakinlərini bezdirdikləri üçün üsyan etmiş və töycü yığan dəstənin bütün üzvlərini məhv etmişlər. Sonradan Nadir şah qəzəblənmiş və hadisə yerinə 1000 nəfərlik xüsusi cəza dəstəsini göndərmişdir. 1806-cı ildə Çar Rusiyası tərəfindən Şəki xanı Səlim xan devrildikdən sonra onun yerinə ruslar tərəfindən qoyulan Cəfərqulu xan bizim camaatımız tərəfindən qəbul edilməmişdir. İlisudan göndərilən 1100 nəfərlik atlı dəstənin hücumu nəticəsində Kənd rəhbəri, sərkərdə Sultan Muradın dəstəsi 3 günlük mübarizədə məğlub olmuşlar. 1930-cu ildə liderimiz olmuş Molla Mustafa Şeyxzadənin rəhbərliyi altında baş vermiş “Göynük üsyanı” nəticəsində Sovet İmperiyasının zonada yerləşən 8 rayonunda hakimiyyətinə son qoyulmuşdur… Mən təkcə son 300 il ərzində babalarımızın 3 amansız imperiyaya qarşı mübarizə tarixini ona görə yada salıram ki, biz indiki nəslin canından, qanından, genindən onun haqq-ədalət uğrunda mübarizəsini nəyin bahasına olur-olsun silib atmaq qeyri-mümkündür. Birinci Qarabağ Müharibəsində kəndimiz 25 nəfər şəhid vermişdir. Bunlardan biri də mənim qardaşımdır. Bir daha xatırlatmaq istəyirəm ki, bu Qarabağ torpağı uğrunda canlarını fəda etmiş qohum-qardaşlarımızdır. Amma indi dədə-baba torpaqlarımızın hansısa oliqarxlar tərəfindən ədalətsizcəsinə “işğal”olunmasına dözüb duracağımızı heç kim ağlına gətirməsin. Elə ədalətsiz Ali Məhkəmənin ədalətsiz hakimləri də. Biz heç vaxt imkan vermərik ki, bizə məxsus mülkiyyətdə hansısa Danabaş kəndindən gəlmiş kənar adamlar ağıllarına gələni etsinlər. Hələlik ümid edirik ki, mübarizəmiz sivil qaydada Şəki Apellyasiya Məhkəməsində davam edəcəkdir. Və ümid edirk ki, hər zaman olduğu kimi bu dəfə də yerli məhkəmə hakimləri ədalətli qərar qəbul edəcəklər.
Sonda Dövlətimizin başçısı cənab İlham Əliyevdən də xahişimiz budur ki, oğurluq yollarla milyonlar qazanmış dəstələrə xəbərdarlıq edilsin ki, xalqın heysiyyatı ilə oynamasınlar, onların yeganə dolanışıq yeri olan mülk topaqlarını Ali Məhkəmənin ədalətsiz qərarlarılə əllərindən aldırıb bizləri xaosa sürükləməsinlər.
Dərin hörmətlə: şəhid qardaşı Hüseynov Arzu Camal oğlu.
Redaksiyadan: məsələyə aydınlıq gətirmək üçün şikayətdə adı hallanan Xalid Məmmədov adlı şəxsin bizə təqdim edilmiş iş telefonuna dəfələrlə zəng etsək də, hələki cavab verilmir.
Onun və «Atabank» nümayəndələrinin də mövqeyini dinləməyə hazırıq.

«Təzadlar»

Şərhlər

XƏBƏR LENTİ