SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Bel ətrafındakı yağları yandıran içkilər - RESEPT

Bel ətrafındakı yağları yandıran içkilər - RESEPT

Tarix:

25-04-2017, 13:34

/ 67 249 dəfə oxundu.
Bel ətrafındakı yağları yandıran içkilər - RESEPT

Belinizin ətrafındakı yağlardan qurtulmaq istəyirsiniz? O zaman təqdim etdiyimız bu qarışımları yatmadan əvvəl için.

Xiyarlı içki

1 ədəd xiyar

Bir ovuc cəfəri, ya da keşniş

1 ədəd limon

1 yemək qaşığı rəndələnmiş zəncəfil

½ stəkan su

Hazırlanması:

Bütün ərzaqların suyunu sıxın və yatağa getmədən əvvəl için. Bir ay boyunca bu içkini için. Ancaq daha sonra bir həftəlik ara verin. Ehtiyac duysanız, 1 həftədən sonra yenidən başlaya bilərsiniz.

Armud və adaçaylı içki

10 ədəd təzə adaçayı yarpağı

1 ədəd limon

250 ml armud suyu

250 ml bulaq suyu

1 ədəd armud

Buz

Hazırlanması:

Limonu dilimləyin, armudu kub şəklində doğrayın və hamısını bir qabın içinə əlavə edin. Çəngəl vasitəsilə əzdiyiniz adaçayı yarpaqlarını da əlavə edin. Blenderlə buzları əzin. Və əzdiyiniz buzu, armud suyunu və sodanı bir-birinə qarışdırın.

Qreypfrut və darçınlı içki

500 ml qreypfrut

500 ml bulaq suyu

1 stəkan su

2 ədəd çubuq darçın

1 ədəd anason çəyirdəyi

Nanə yarpaqları

Buz

Bir az şəkər

Hazırlanması:

Şəkər, su və darçını bir qabın içərisində şərbət kimi həll edin. 5-10 dəqiqə şəkər əriyənə kimi qaynadın. Soyudun. Qarışımı bir süzgəcin içinə boşaldın. Buz əlavə edin. Süfrəyə verərkən nanə, anason ilə bəzəyə bilərsiniz.

Limonlu içki

5 limon

1 litr bulaq suyu

Nanə

Buz

Hazırlanması:

4 limonun suyunu sıxın. Qalan bir limonu dairəvi şəkildə doğrayın. Bulaq suyu və limon suyunu bir camın içində yaxşıca qarışdırın. İçkini buz və nanə ilə servis edə bilərsiniz.

Alma sirkəli içki

1 litr alma suyu

Nanə

100 ml limon suyu

1 ədəd limon

Buz

Hazırlanması:

Limonları dairəvi şəkildə doğrayın. Alma və limon suyunu qarışdırın. Limon dilimlərini, nanə və buzu üzərinə əlavə edin. İçkinizi alma dilimləri də əlavə edərək servis edə bilərsiniz.

Tərəvəzli içki

1 litr bulaq suyu

İstəsəniz, şəkər də əlavə edə bilərsiniz.

3 xiyar

1 böyük bibər

3 limon

Nanə

Buz

Hazırlanması:

Bibər və 2 xiyarı doğrayın və üzərinə bişirmədən əvvəl bir az şəkər əlavə edin. Qalan bir xiyar və limonu da doğrayın. Limonun suyunu sıxın.

Nanəni qaba əlavə edin. Limonları, limon dilimlərini, xiyarları və bibəri əlavə edin. Üzərinə limon suyu sıxın və sodanı əlavə edin. Daha sonra buzu əlavə edin. İçkinizi limon və xiyar dilimlər ilə bəzəyə bilərsiniz.

Ananaslı içki

1 litr bulaq suyu

1 ədəd limon

1 kasa ananas suyu

Nanə

Hazırlanması:

Suyu bir tavanın içərisində qaynadın. Limonun suyunu sıxın. Suya şəkər əlavə edin və şəkər tam əriyənə kimi qaynadın. Daha sonra limonu əlavə edin və tavanı ocaqdan götürün. Bu hazırlanmış qarışımı süzgəclə süzün. Limon və ananasları əlavə edin.

Otaq istiliyində soyutduqdan sonra soyuducuya qoyun. Süfrəyə vermədən əvvəl ananas dilimləri ilə bəzəyin.

Şərhlər

XƏBƏR LENTİ