SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycan və Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında saziş təsdiqləndi

Azərbaycan və Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında saziş təsdiqləndi

Tarix:

25-04-2017, 12:42

/ 62 102 dəfə oxundu.
Azərbaycan və Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında saziş təsdiqləndi

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Gündəlikdə 36 məsələnin olduğunu deyən spiker Oqtay Əsədov “işimiz çoxdur”-əlavəsini etdi və müzakirələrə keçməyi təklif etdi. Bir məsələnin qanunverici təşəbbüslə çıxış edən orqan tərəfindən geri qaytarıldığını bildirən sədr qeyd etdi ki, bunun əvəzinə gündəliyə digər məsələ əlavə olunub. Deputatların səsverməsindən sonra Əziz Seyidovun Ali Məhkəmənin hakimi təyin olunması ilə bağlı məsələ gündəliyə əlavə olundu.
Birinci vitse-spiker Ziyafət Əsgərov ilk məsələ - “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi haqqında məlumat Verdi. Bildirdi ki, 5 illik bağlananan Saziş 2016-cı il dekabrın 29-30-da Azərbaycanda və Türkiyədə imzalanıb. Deputatlar qanun layihəsinə səs verdilər.

Şərhlər

XƏBƏR LENTİ