SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Müəllim tələbələri TƏHQİR ETDİ, universitetdə ara qarışdı-ADU

Müəllim tələbələri TƏHQİR ETDİ, universitetdə ara qarışdı-ADU

Tarix:

25-04-2017, 12:25

/ 61 944 dəfə oxundu.
Müəllim tələbələri TƏHQİR ETDİ, universitetdə ara qarışdı-ADU

Azərbaycan Dillər Universitetində müəllim tələbələri təhqir edib.
Universitet tələbələri bildirib ki, ikinci kurs rus bölməsində müəllimlərdən biri tələbələrə “kəndçisiniz”, çuşkasınız” deyib.
Tələbələrdən yalnız biri buna etiraz edib. Bu barədə rektor vəzifəsini icra edən Əfqan Abdullayevə rəsmi məktub yazıb. Tələbənin müraciəti ilə tanış ola rektor müəllimə töhmət verib, müvəqqəti olaraq onu tədrisdən uzaqlaşdırıb.
Məsələ ilə bağlı Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev məlumatı nə inkar, nə də təsdiq etdi. Onda belə bir hadisə barədə dəqiq məlumatının olmadığını dedi.
“Lakin tələbənin haqqını tapdalayan, daxili nizam-intizam qaydasını pozan hər kəsə qarşı qanunvericiliyin tələbinə uyğun tədbir görülür”, - deyə bildirdi.

publika.az

Şərhlər

XƏBƏR LENTİ