SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda hakim şahidi həbsə göndərdi - Məhkəmədə kuryoz

Bakıda hakim şahidi həbsə göndərdi - Məhkəmədə kuryoz

Tarix:

24-04-2017, 14:50

/ 58 327 dəfə oxundu.
Bakıda hakim şahidi həbsə göndərdi - Məhkəmədə kuryoz

Məhkəmədə şahid qismində dindirilən şəxs həbs edilib.

Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə dələduzluqda təqsirləndirilən Möhkəm Qurbanovun işinə baxılıb.

İş üzrə şahid qismində Nəsimi Hüseynov dindirilib.

Şahid dindirilən zaman hakimin suallarına kobud cavab verib.

Bu zaman hakim Rauf Əliyev şahid Nəsimi Hüseynovun hakimə qarşı hörmətsizlik etdiyini əsas gətirərək ona 48 saatlıq həbs cəzası verib.

Məhkəməyə Nəsimi rayon Polis İdarəsinin əməkdaşları dəvət edilib və Nəsimi Hüseynov həbs edilib.

Şərhlər

XƏBƏR LENTİ