SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Qorbaçov Vilnüs hadisələrinə görə məhkəməyə çağırıldı

Qorbaçov Vilnüs hadisələrinə görə məhkəməyə çağırıldı

Tarix:

19-01-2017, 21:29

/ 1 595 dəfə oxundu.
Qorbaçov Vilnüs hadisələrinə görə məhkəməyə çağırıldı

Litva paytaxtı Vilnüsün dairə məhkəməsi keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçova 1991-ci il yanvarın 13-də törədilən hadisə ilə bağlı çağırış təqdim edib

Bu barədə hakim Aynora Korneliya Matsyaviçene məlumat verib.

Onun sözlərinə görə, çağırış poçt vasitəsilə Qorbaçov Fondunun ünvanına göndərilib.

Qeyd edək ki, 1991-ci il yanvarın 13-də gecə saatlarında sovet ordusunun hərbi texnikası Vilnüsün mərkəzinə yeridilmişdi. Nəticədə 14 nəfər ölmüş, 600-dən çox insan yaralanmışdı.

Onu da xatırladaq ki, 1990-cı il yanvarın 19-20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar nəticəsində 133 nəfər şəhid olub, 744 nəfər isə yaralanıb.

Şərhlər

XƏBƏR LENTİ