SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qəbir daşına yüzminləri hansı məmurlar xərcləyir? - Mənzərəli qəbir yerinə 100 min dollar!!!

Qəbir daşına yüzminləri hansı məmurlar xərcləyir? - Mənzərəli qəbir yerinə 100 min dollar!!!

Tarix:

19-01-2017, 16:53

/ 4 074 dəfə oxundu.
Qəbir daşına yüzminləri hansı məmurlar xərcləyir? - Mənzərəli qəbir yerinə 100 min dollar!!!

Yəqin ki, qəbristanlıqların yanından keçərkən dəbdəbəli qəbir daşları sizlərin də diqqətinizi cəlb edib. Bəs, qiymətləri necə maraqlandırırmı sizi?

Elə bu səbəblə əməkdaşımız paytaxtın müxtəlif yerlərində qəbirüstü abidələrin istehsalı ilə məşğul olan sexlərə baş çəkib, qiymətlərlə maraqlanıb.

Sexlərdə çalışan ustalar deyirlər ki, dolların məzənnəsinin qalxması onların işinə də təsir edib: "Əvvəlki illərlə müqayisədə qəbir daşları bu il demək olar ki, 40-50 faiz bahalaşıb. İstifadə etdiyimiz daşlar xarici ölkələrdən alınır. Ödəniş dollarla olduğu üçün manatın məzənnəsinin aşağı düşməsi qiymətə ciddi təsir edir. Qiymət daşın ölçüsünə, rənginə və keyfiyyətinə görə dəyişir. 2 il əvvəl ən ucuz qəbirüstü abidə 3 min manat idisə, hazırda aşağı qiymət 6 min manatdan başlayır. Məlum məsələdir ki, kasıb insan üçün bu qiymət olduqca yuxarıdır. Ən sadə Çin istehsalı olan, qranitdən hazırlanmış qəbir daşlarının qiyməti 500 manatdan başlayır. Bahalı daşları əsasən varlı insanlar sifariş edirlər. Qiymətin bahalaşması isə qranit və mərmərin xaricdən dollarla alınmasıdır. Abidələrin hazırlanmasında Çinin, İranın, Ukraynanın mərmərindən və qranitindən istifadə olunur.”

Usta qeyd edir ki, qəbir daşları üzərindəki əl işlərinə görə də qiymət dəyişir: "İmkanlı şəxslər bahalı qəbirüstü abidələr sifariş edirlər. 80 min manat dəyərində qəbir daşı sifariş edən şəxs olub. Bu qiymətə daş üzərindəki əl işi də daxildir. Ən bahalı qəbirüstü abidə qara mərmərdən hazırlanır”.

İslam dinində dəbdəbəli qəbir daşlarından istifadə olunmasına necə baxılır?

Tanınmış ilahiyyatçı Elşad Miri bildirib ki, dəbdəbəli və bahalı qəbir daşlarından istifadə olunması israfdan başqa bir şey deyil: "Bahalı daşın nə o qəbirdə yatana, nə də onun yaxınlarına faydası var. Bu israfdır. Quranda bildirilir ki, Allah israf edənləri sevməz. Qəbir üçün xərclənən bu qədər vəsait hesabına Allah yolunda çox işlər görmək olar. Bu məsələ təkcə müsəlmanlarla bağlı deyil. İsrailin Qüds şəhərində elə qəbir yerləri var ki, 500 min dollara satılır. Yaponiyanın, Çinin özündə yandırılan insanların külünü mənzərəli yerə qoymaq üçün 100 min dollarından keçənlər var. İnsan dünyasını dəyişən zaman İslamda buyrulan əməllər yerinə yetirilir və bununla da məsələ bitir. Bahalı qəbirlərin və abidlərin nə dinə, nə də ənənəyə aidiyyatı var”.

Unikal.org

Şərhlər

XƏBƏR LENTİ