SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Nazla Əlinin sevgisi saxtadır...” - Şok açıqlama

“Nazla Əlinin sevgisi saxtadır...” - Şok açıqlama

Tarix:

19-01-2017, 16:37

/ 1 825 dəfə oxundu.
“Nazla Əlinin sevgisi saxtadır...” - Şok açıqlama

“Proqramda Naz və Baha həqiqidir, qalan çox şey yalandır. Onunla da heş vaxt ayrılmamışıq. Kanal bizə nişan etdi, biz bunu istəmirdik. Çünki bahalı üzüklər və s. İstəmirdik. Həm də ailə üzvlərimiz iştirak etmirdi”.

Bu sözləri “Zühal Topalla” izdivac verilişin bəy namizədi, azərbaycanlı iştirakçı Naz Milananın eks-nişanlısı deyib.

Baha Selenbaş sosial şəbəkədə video paylaşaraq verilişinin saxta olduğunu söyləyib.

O deyib ki, Nazla azərbaycanlı bəy namizədi Əli Əkbərin sevgisi saxtadır:

“Daha sonra biz nişanı atdıq, münasibətimizi davam etmək istədik. Onlar artıq bizim üstümüzdən reytiqn edə bilməyəcəklərini anladılar. Onlar bizi ayırdılar, dedilər ki, may ayında sizi bir araya gətirəcəyik. Söylədilər ki, sizə namizədlər gələcək, artıq heç nə olmayacaq.

Daha sonra Naza namizəd gətirdilər. Bu da oyundur. Onlara dedik ki, bizi oyunlarınıza alət etməyin. Biz söylədik ki, gedin saxta insanlar üzərində belə oyun qurun, biz evlənəcəyik. İnsan sevdiyinin bu cür oyunlarda iştirakına dözə bilmir. Xəbər yaydılar ki, guya Nazı döymüşəm. Naz gəldi, bayırda müzakirə etdik. Təhlükəsizlik işçiləri üstümə hücum etdi, 50 nəfər yaxınlaşdı. Məni maşında linç etməyə başladılar”.

Şərhlər

XƏBƏR LENTİ