SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Deputat Əsabil Qasımov nədən Qarabağ qazisinin fəryadını eşitmir? - ŞİKAYƏT VAR

Deputat Əsabil Qasımov nədən Qarabağ qazisinin fəryadını eşitmir? - ŞİKAYƏT VAR

Tarix:

19-01-2017, 15:39

/ 3 640 dəfə oxundu.
Deputat Əsabil Qasımov nədən Qarabağ qazisinin fəryadını eşitmir? - ŞİKAYƏT VAR

Ötən saylarımızda İmişli rayonundan olan Qarabağ qazisi İsa Arif oğlu Quliyev barədə yazmışdıq.

41 yaşlı qazi ötən il dekabrın 2-də bu sətirlərin müəllifinin gözü önündə rayon təhsil şöbəsinin qarşısında asfalta yıxıldı. İki gündən sonra dünyasını dəyişən qaziyə deputat Əsabil Qasımov, Şükür Aslanov, Aslan Manafov kömək etməmişdi. Halbuki, o, ağır həyat şəraiti ilə bağlı dəfələrlə adı çəkilən şəxsə müraciət etmişdi. Bu dəfə isə Cavid Şahbazov barədə bəhs etmək istəyirik. Onun üzləşdiyi problemlə bağlı Qarabağ qaziləri prezidentə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə şikayət etsələr də, heç bir nəticə yoxdur. Onun vəziyyəti hər an ağırlaşa bilər. Qarabağ qazisi Cavid Şahbazov dindardır. Köməyi Allahdan gözləyir. Qeyd edək ki, Cavid Nəriman oğlu Şahbazov birinci Qarabağ müharibə qazisidir, ikinci qrup əlil olmaqla yanaşı, o, onkologiya xəstəsidir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi İmişli rayon şöbəsinin üzvü olan Cavid bəyin ciddi müalicəyə ehtiyacı olsa da, İmişlidən olan və Bakıda çoxmərtəbəli binalar tikdirən sahibkarlar, eləcə də deputat Əsabil Qasımov, iş adamları Əvəz Şükürov, Məhərrəm, Aqil Tağıyevlər, Aslan Manafov, eləcə də həmkəndlisi Hacı Tofiq İsayevin ciddi dəstəyinə ehtiyacı var. O, xaricdə müalicə olunmalıdır. Adı çəkilən insanlardan yalnız Hacı Tofiq bir-neçə rayon sakininin müalicəsini boynuna götürüb. Cavid bəy isə heç birinə müraciət etməyən, qürurlu və təmiz insan, yüksək əxlaqlı, dindar müharibə qazisidir. Dörd məktəbli övlad atası olan qaziyə axı bu insanlar, “tikinti kralları” niyə kömək etməsin?? Bu sahibkarların bir-neçəsi dələduzluqda ittiham olunub, əməllərinə görə həbsə də düşüblər. 1918-ci ildə türk ordu generalı Nuru paşa Bakını erməni işğalından xilas edəndə, erməniləri evində gizlədən qoçuları şəxsən özü güllələmişdi. O, bildirmişdi ki, əgər kimsə düşməni evində gizlədirsə, sizin düşməninizdir. Nuru paşa qoçuları yığıb onlara təpinmişdı. Cavid kimi qazilərimiz olmasaydı, vətən darda idi. Onlar üç qardaş - Elman, Cavid və Fuad Şahbazovlar vətənin başı dərddə olanda orduya könüllü gediblər. Elman bəy birinci qrup müharibə əlili kimi 2016-ci ilin iyununda haqq dünyasına qovuşub. O, seldən zərər çəkmiş evinə görə 2010-cu ildə aclıq aksiyasına da əl atmışdı. Keçmiş başçı və FHN ona seldən zərərçəkən kimi ev tikmədi ki, tikmədi. Qarabağ qazisi 2011-ci ilin mayında ANS-də çıxış etdi, “Kür” Vətəndaş Cəmiyyətinin dəstəyi ilə ölkənin bütün məhkəmə instansiyalarında odlu-alovlu çıxışlar etdi: “Mən erməniyə güllə atmışam, mənə yox, ayağı sürüşkən qadınlara, pullulara tikərsiz”. O. hətta hamamını sökdürüb, yerinə FHN vasitəsi ilə ev tikdirənlərin, yalandan zərər çəkmişəm deyib dövlət hesabına özümə əlavə ev tikdirənlərin siyahısını “Kür”Vətəndaş Cəmiyyətinin koordinatoruna təqdim etdi. Qarabağ qazisi 13-18 mart 2012-ci ildə - Novruz bayramı ətəfəsiində aclıq aksiyasına qoşulub KİV-lərin gündəmini, diqqətini cəlb etdi. Şikayəti Avropa Məhkəməsindədir. Erməniyə güllə atıb, xalqın qeyrətini çəkən müharibə əlilininaümid qoyduğuna görə keçmiş başçı Ə.Ağayev Prezident tərəfindən cəzalandırıldı. Əli (ə) deyirdi: “Dünya keçid sarayıdır. Qalmaq yeri deyildir. Burada insanlar iki yerə bölünür: biri dünyada özünü satıb pozğunluğa düçar edir, o biri isə özünü alır və azad edir”. Elman, Fuad, Cavid Şahbazovlar qazi kimi ikincidəndirlər. Nuh peyğəmbərdən belə bir kəlam var, Cəbrayıl (ə) Nuha (ə) sual verir ki “dünyanı necə gördün?”. Dnyanın ən yaşlı peyğəmbəri belə cavab verir: “Dünyanı iki qapılı bir ev kimi gördüm. Bir qapısından daxil olub, o biri qapısından çıxdım.” Ona görə də, İmişlidən olan milyarderlərə üz tutub deyirəm: “İkiqapılı bu dünyada heç olmasa, dörd azyaşlı məktəbli körpələri sevindirin, qardaşı qazi Elman bəy haqq dünyaına qovuşub, 83 yaşlı anaları Leyla igid oğul dağı görüb. Heç olmasa onun qazi oğlu Cavid Şahbazovun müalicəsini öhdənizə götürün. Sizin etdiyiniz ən böyük yaxşılığınızı Tanrı və xalq, dövlət qiymətləndirər. İmam Museyi-Kazım (ə) belə demişdi: “Dünya dərin dənizə bənzər, çox insanlar onda qərq olub. Xilas olmaq üçün sənin mindiyin gəminin gərək ilahi təqva yükü - iman yelkəni, təvəkkül, idarə edəni - ağıl, yol göstərəni - elm, sükanı isə- səbr olsun” - deyib. Elmi, imanı, təvəkkülü olmayan, amma “Mən kapitalistəm, sahibkaram, torpaq alıb, ev, zavod tikib, dövlətə vergi ödəyirəm” söyləyənlər unudurlar ki, ictimai yükü olmayan xüsusi mülkiyyət istismarçıdır. Az müddətə milyonçu olub, kapitalistə çevrilənləri hansısa oliqarx dəstəkləyib, korrupsiya piramidasını yaradıb. Prezident bunların saxta piramidalarını “domino” effekti kimi dağıdanda, hörümçək torlarını məhv edəndə, altında qalan, tora ilişən bu oliqarx nökərləri özləri olur ki, Cavidlərin körpə balalarının göz yaşları belələrini dənizdə qərq edir. Tikdiklərinin bünövrəsinə körpə uşağın göz yaşları töküləndə, həmişə o, saray-villalar tarmar, övladları narkoman, son aqibətləri yaxşı olmur, faciəli olur. Özlərini kapitalist adlandıranların bünövrəsi yoxdur. Çünkü, körpə göz yaşlarından, xalq və dövlətdən oğurlayanlardandırlar ki, cəzalanıb sonra məhbəsdən çıxıb, xırım-xırım yesələr də, sonları yoxdur. Dövlət belələrini cəzalandıranda, oğurladıqları son qəpiyi də bunlardan almalıdır. Ona görə də hüquq-mühafizə, məhkəmə sistemində islahatlara başlamaq ilkin şərtlərdən biridir. Əsl kapitalist Bill Qeytsdir ki, sərvətinin 95 faizini yoxsul, körpə, kasıblara bağışladı… Bizim polis rəsmiləri ilə, məhkəmələrimizlə müqayisədə kütlənin tələbi ilə İsa (ə) peyğəmbəri çarmıx çəkdirən Ponti Pulat məsumdur. Ona görə ki, o, üç dəfə İsa (ə)-a çarmıx qərarı verməkdən imtina etmişdi. Bizim hakimlər isə milyon mənimsəyənlərin bir 10 faiz gəlirlərini alıb, üç ildən sonar azadlığa buraxanlardır. Gözlərindən Allah baxan günahsızları “uff” demədən sifarişlə 10 illərlə zindanda yatırdanlardır ki, sonda əməllərinin cəzasını Tanrı, sevdikləri, əzizləri, körpələrindən verir, özlərini ömürlərinin sonlarınadək ağladır, amansızlıqların cavabını Yaradan belə hakimlərə ağır, sərt cəza ilə verir. İmişlinin yerli məmurları, rəislərı 27 dekabr 2016-cı ildən Bakıda öz malikanələrindədirlər. Görən, Bakı hara köçüb? Bbir həftədir ki, İmişlidə xarici markalı avtomobillər yoxa çıxıb. Dövlətimiz aydınlaşdırmalıdır ki, Bakıda villaları olanlar, rayonlarda qeydiyyatda olanlar hansı qazancla Bakını işğal ediblər. Hamısı da öz nazirliyinə ən aşağısı 10-15 quzu cəmdəyi, selofan və bezə bükülmüş toyuq-cücə, hinduşkalar, kərə yağı və b. sovqat aparıblar. Ona görə də yerli sakinlərə xəbərdarlıq edirik ki, şikayət edib, konvert, poçt puluna heyfiniz gəlsin. Quzu, hinduşka cəmdəkləri sizi eşidilməyə, şikayətlərinizi dinləməyə imkan verməyəcək. Hər həftə bu sovqatlar şikayət etdiklərinizə təhvil veriləcək. Gavalı, kişmiş, ərik torbalarla bir yerdə veriləndə, ay binəvalar, məgər sizin şikayətləriniz ayaq yoluna qoyulmayacaqmı? Şikayət edən elə bilir ki, rəisin anasını ağlatdım. Əslində sovqatlar şikayətçinin anasını, nənəsini, körpəsini belə ağladır, Sovqatlar isə imişlilərin ruzusu, sərvətidir ki, oğurlanıb, zorla əllərindən alınıb. İmişlidə aşağı təbəqə zəlildir. Hətta bayram keçirməyənlərin sayı 80 %-dən çoxdur ki, az deyil! Bizimlə yol yoldaşı olan İmişli sakinlərindən biri bildirdi ki, hər ay asfalt zavodunun rəhbəri, “Avtoyol” rəisi Şükür Aslanov hətta reket qəzetlərə də pay göndərir. O, “haqq”I vaxtı- vaxtında ödəməsə, mərəkə qopur. Əksər məmurlar bu məsələsə Ş.Aslanovdan nümunə götürür. Əlacları olsa əsl jurnalisti, hüquq müdafiəçilərini bağlarında saxladıqları canavarlarına yedirərlər. Əksərinin bağında çoban itləri, canavarlar var ki, kefləri istəyəndə diri quzunu canavarlarına atıb, kef tuturlar. Yazıq xalq, gör sənin sərvətlərini necə talayırlar?! İmişli şəhəri ərazisində olan karxanalar Araz çayı boyunca “kapitalistlər” arasında bölünüb. Çox böyük ərazini Nakim Şərifov adlı karxana kralı zəbt edib. 117 ha ərazisi var. “Arxası” Ali Məhkəmə hakimi, zavallı müxalifətçilərə sifarişlə hökm oxuyan Ənvər Seyidov idi. Tanrı ona hökm oxuyub, naxoşlayıb. Onun himayə etdiyi karxana ərazisində biri 15 yaşlı şəhər sakini, digəri isə ali təhsil ocağının axırıncı kurs tələbəsi olmaqla iki nəfər batıb. Başçı bu Nakimi çox möhkəm tənbeh edib. Məmurlar zəncirvari bir-birinə əsl mafiozlar kimi bağlıdır. Karxanaların biri də bir bakılınındır, Hikmət Qafarov idarə edir. Şəmmədli kənd sakinlərinin etiraz aksiyası barədə internetdə məlumat var. Qəhərəman Eynişov adlı kənd sakininin torpaq sahəsini karxana rəhbəri zəbt etdiyinə görə ürəyi dözmədi, dünyasını dəyişdi. Digər şəhər ərazisindəki karxana tikinti kralı Əvəz Şükürova məxsusdur. İmişlinin bir çox kəndlərinin ərazisində, hətta Cavadxanlı-Bəcrəvan meşəsində 20 ha sahəni bu adam şumladıb, tərəvəz əkdirəcək, subsidiya mənimsəyəcək. 04-07 dekabr 2016-cı ildə “Komunxoz” fəhlələri, idarə, müəssisə işçiləri, icra nümayəndələri Əvəz Şükürovun ferma ərazisində tut əkiblər. Görün, bu adamın “krəşası” nə qədər böyükdür ki, məmur və fəhlələri qul kimi işlədib, ağac əkdirib, haqqlarını verməyib. Qaraş adlı “Komunxoz” işçisi, ali təhsilli iqtisadçı, Əfqanıstan veteranı bildirir ki, “bəy hələ də xəstəyəm, soyuqda, yağışda 100 nəfərdən artıq vəzifəli məmurlar bu adama tut əkdik. Mütləq prezidentə şikayət edəcəyəm. Axı nə zamandır ki, hansı əsrdir ki, insanlar qul kimi işləsin. Qışın günündə ayaqqabım cırıldı, sandal ayaqqabıda gəzirəm”.
Doğrudan da, Qaraş bəyin ayağında sandal var idi. Karxanaların biri də naxçıvanlı iş adamı Mamed İsmayılovundur ki, Mürsəlli kənd sakini Eldar adlı şəxs karxananı idarə edir. Karxananın digəri isə naxçıvanlı iş adamı - nehrəmli İbrahimindir. Karxananın ərazisində balıqçılıq dambası da var. Fəhlələrinə əmək haqqı verə bilmir deyə, fəhlələr dambadan balıq çırpışdırırlar. Ələmdar Şixəliyev adlı şəhər sakini, şəhərin ortasından keçən su kanalının çirkablığından, əhalinin kanalizasiya sularını, ölü toyuq, qoyun leşlərini kanala atdığını, hələ də kanalın üfunət mənbəyi olduğunu, bu barədə şəhər icra nümayəndəsi Məmi Atakişiyevə şikayət etdiyini bildirdi. Bəndəniz Məmi atakişiyevdən, su-kanal idarəsini rəisi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli rəislərindən qalaq-qalaq yazılar yazıb. İmişlini bərbad, əhalini əli yalın, çörəksiz qoyanların himayədarı Əsabil Qasımovdur. Dövlət rəsmilərindən soruşmaq lazımdır ki, deputat olmaq qohum-əqrabanı himayə etmək deməkdir??

Şərhlər

XƏBƏR LENTİ