SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » “Tramp dünyanı daha yaxşı edəcək” - Ağalarov

“Tramp dünyanı daha yaxşı edəcək” - Ağalarov

Tarix:

19-01-2017, 12:31

/ 2 020 dəfə oxundu.
“Tramp dünyanı daha yaxşı edəcək” - Ağalarov

Müğənni Emin Ağalarov sabah andiçməsi baş tutacaq ABŞ-ın yeni prezidenti Donald Trampa uğurlar arzulayıb.

xalqxeber.az xəbər verir ki, Ağalarov instagram hesabında Trampın prezident seçiləcəyinə heç bir zaman şübhə etmədiyini yazıb:

“Sabah prezident olma yolunda ona inananların az olmasına, dünya mediasının ona qarşı olmasına rəğmən, bu ağıllı, ambisiyalı və uğurlu insan nəhayət ki, Amerika Birləşmiş Ştatlarının prezidenti olacaq. Əminəm ki, o təkcə Amerikanı yenidən güclü etməyəcək, həmçinin dünyanı daha yaxşı edəcək. Uğurlar sizə, cənab prezident Tramp. Mən sizdən heç bir zaman, bir saniyə belə olsun şübhə etməmişəm”.

Şərhlər

XƏBƏR LENTİ