SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » "Balalarıma toxunmasınlar..." - Sevinc Əliyeva

"Balalarıma toxunmasınlar..." - Sevinc Əliyeva

Tarix:

25-03-2017, 12:47

/ 3 338 dəfə oxundu.
"Balalarıma toxunmasınlar..." - Sevinc Əliyeva

Aktrisa Sevinc Əliyeva övladları ilə birlikdə "Xəzər maqazin" kamerası qarşısına keçib.

Aktrisa yaradıcı işlərindən uzaq qalmasının səbəbini açıqlayıb.

O bildirib ki, övladlarına görə filmlərə, seriallara çəkilməyə vaxt tapmır:

"Əvvəl deyirdim ki, heç vaxt uşağa səsimi qaldırmayacam. Amma vaxt keçdikcə gördüm ki, hər şey qədərində lazımdır. Bir dəfə "Aramızda qalsın" serialına qatıldım, 5 gün getdim, gördüm çatdırmıram. On ildir universiteti bitirmişəm, o ərəfədə az film çəkilirdi. İndi çox çəkilir, mənimsə vaxtım olmur ki, onlarda rol alım".

S.Əliyeva övladlarına görə hər şeyə əl atacağını deyib:

"Hər bir insan kimi mən də "mənə dəymə, sənə dəyməyim" prinsipi ilə yaşayıram. Mənim balalarıma toxunmasınlar, onlara aid nəsə olsa, təsəvür etmirəm nələr edərəm. Özümə nəsə deyilsə, içimdə çəkərəm. Uşaqlarıma toxunulanda, mümkün deyil qarşımda durmaq".

Şərhlər

XƏBƏR LENTİ