SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » “Belə saxtakarlıqları sifariş edənlər fahişədən pisdirlər”

“Belə saxtakarlıqları sifariş edənlər fahişədən pisdirlər”

Tarix:

18-01-2017, 12:12

/ 2 021 dəfə oxundu.
“Belə saxtakarlıqları sifariş edənlər fahişədən pisdirlər”

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp haqqında saxtakarlığı sifariş edənlər fahişədən pisdirlər

"Onların heç bir mənəvi sərhədləri yoxdur", - Rusiya prezidenti bəyan edib.

Putin qeyd edib ki, Donald Trampın sosial məsuliyyəti aşağı olan rusiyalı qızlarla görüşdüyünü təsəvvür etmək onun üçün çətindir. Belə ki, o, uzun illər boyu gözəllik müsabiqələrinin təşkili ilə məşğul olub və dünyanın ən gözəl qadınları ilə ünsiyyətdə olub.

"Onlar, sözsüz ki, dünyada ən yaxşılardır, amma Trampın buna uyduğuna şübhə edirəm", - deyən Putin fahişəliyi ciddi, eybəcər sosial məfhum adlandırıb.

"Belə saxtakarlıqları sifariş edən, onları hazırlayan və istifadə edənlər fahişədən pisdirlər, onların mənəvi sərhədləri yoxdur", - dövlət başçısı bildirib.

Şərhlər

XƏBƏR LENTİ