SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Xətai rayon İcra Şöbəsindən şikayət - İş adamı prezidentə üz tutdu

Xətai rayon İcra Şöbəsindən şikayət - İş adamı prezidentə üz tutdu

Tarix:

18-01-2017, 11:53

/ 2 503 dəfə oxundu.
Xətai rayon İcra Şöbəsindən şikayət - İş adamı prezidentə üz tutdu

Redaksiyamıza "Tvins-Art" MMC- də 25 faiz paya sahib olan təsisçilərindən biri Quliyev Kamal Sadat oğlu tərəfindən şikayət daxil olub.

Şikayətçi Quliyev Kamal Sadat oğlu bildirir:

"Mən Quliyev Kamal Sadat oğlu vətənini, millətini sevən, dövlətin qanunlarına qeyd-şərtsiz əməl edən, əsası ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və indi də İlham Əliyev tərəfindən layiqincə davan etdirilən siyasəti daim dəstəkləyən, bu siyasətə sadiq olan, ölkəsinə sərmayələr qoymaqla iş yerləri açan, vaxtlı-vaxtında vergiləri və məcburi sosial ödənişləri dövlət büdcəsinə ödəyən bir Azərbaycan vətəndaşıyam. Lakin Aşağıda qeyd edəcəyim xüsusatlar bizim öz torpağımızda, vətənimizdə yaşamağımız həyatımız, ailəmiz və əmlakımız üçün təhlükə yaradır.

İddiaçı olaraq təsisçilərdən biri olduğum “Tvins-Art” MMC-yə, həmin MMC-nin digər təsisçiləri olan Qiyaslı Pərviz Fərhad oğlu, Quliyev Əkrəm Məhəmməd oğlu və Ağayev Etibar Əkbər oğluna qarşı nizamnamə üzrə təsis paylarının bölüşdürülməsi, payın naturada təsisçinin mülkiyyətinə verilməsi və təsis sənədlərində dəyişikliklər edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişəm. Bununla yanaşı ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə cavabdeh “Tvins-Art” MMC-nin mülkiyyətində, istifadəsində və icarəsində olan bütün növ əmlakların iş üzrə yekun məhkəmə qərarları çıxarılanadək özgəninkiləşdirilməsinin (alqı-satqısının, bağışlanılmasının, dəyişdirilməsinin, əvəzləşdirilməsinin və sair formada sərəncam verilməsinin) qadağan edilməsi və həmin əmlakların üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etdim.

İddianın təmini olaraq Bakı Apellyasiya Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli, (103)-8267/2016 saylı qərardadda ərizəm təmin edilmiş və “Tvins-Art” MMC-nin mülkiyyətində, istifadəsində və icarəsində olan bütün növ əmlakların iş üzrə yekun məhkəmə qərarı çıxarılana qədər özgəninkiləşdirilməsi (alqı-satqısının, bağışlanılmasının, dəyişdirilməsinin, əvəzləşdirilməsinin və sair formada sərəncam verilməsinin) qadağan edilməklə həmin əmlakların üzərinə həbs qoyulmuşdur.

Qarşı tərəfin kasassiya şikayəti qismən təmin olundu, amma yenə də Apellyasiya məhkəməsinin qərarı qüvvədə qaldı.

Qarşı tərəf yəni “Tvins-Art” MMC-nin digər təsisçiləri Qiyaslı Pərviz Fərhad oğlu, Quliyev Əkrəm Məhəmməd oğlu və Ağayev Etibar Əkbər oğlu Bakı Apelyasiya Məhkəməsinin çıxardığı qərarla razılaşmayaraq 13 dekabr 2016-cı ildə Ali Məhkəməyə kasasiya şikayəti vermişdir. Ali Məhkəmə iddianı qismən təmin edərək aşağıdakıları qərara alır:

“Tvins-Art” MMC-nin, Qiyasi Pərviz Fərhad oğlunun, Quliyev Əkrəm Məhəmməd oğlunun və Ağayev Etibar Əkbər oğlunun kasassiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2016-cı il tarixli 2(103)-8267/2016 saylı qərardadı “Tvins-Art” MMC-yə məxsus əmlakların üzərinə həbs qoyulması hissəsində ləğv olunsun. Qərardad digər hissədə dəyişdirilsin. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə cavabdeh “Tvins-Art” MMC-nin mülkiyyətində, istifadəsində və icarəsində olan özgəninkiləşdirilməsi (alqı-satqısının, bağışlanılmasının, dəyişdirilməsinin, əvəzləşdirilməsinin və sair formada sərəncam verilməsi) qadağan edilsin. Ərizə digər hissədə təmin edilməsin.

Qeyd etmək yerinə düşər ki, “Tvins-Art” MMC-yə məxsus bütün növ əmlakların siyahıya alınmaqla özgəninkiləşdirilməsinin qadağan edilməsi Bakı Apellyasiya Məhkəməsinin 22.09.2016-cı il tarixli qərardadında da öz əksini tapmışdır. Lakin, bütün bu qeyd edilənlərə, qanuni qüvvəyə minmiş və hamı üçün məcburi xarakter daşıyan məhkəmə qərarlarının olmasına baxmayaraq sözügedən məhkəmə qərardadı üzrə verilmiş icra vərəqəsinin icraata qəbul edilməsindən 4 aya yaxın vaxt keçsə də, İcra vərəqəsinin icrasını həyata keçirən Xətai rayon İcra Şöbəsi tərəfindən icra vərəqəsi üzrə heç bir tədbir görülməmiş və tələbkar olaraq görülmüş icra vərəqəsinin icra edildiyi bildirilmişdir.

İcra qanunvericiliyinin tələblərini rəhbər tutaraq, Xətai rayon İcra Şöbəsinin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin 22 sentiyabr 2016-cı il tarixli (103)-8267/2016 saylı qərardadı əsasında verilmiş icra vərəqəsi üzrə görülmüş icra tədbirləri və icra vərəqəsinin icra vəziyyəti barəsində mənə məlumat verilməsi və alqı-satqı əməliyyatlarının qadağan edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasına baxmayaraq satışı hazırda da qanunsuz olaraq davam etdirilən mənzil və obyektlərin satışının dayandırılması və qadağan edilməsi üçün təcili tədbirlər görülməsini, o cümlədən də sözügedən icra vərəqəsini icra etməyən və ona bu və ya digər səbəblərdən laqeyd yanaşan Xətai rayon İcra Şöbəsinin rəisi vəzifələrini icra edən Fuad Nəbiyev və həmin şöbənin Rövşən adlı icra məmuru barəsində lazımi tədbirlər görülməsini xahiş edirəm".

Materiallar tədbir görülməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Ədliyyə naziri cənab Fikrət Məmmədova ünvanlanıb.

Şərhlər

XƏBƏR LENTİ