SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda ağacı kəsib obyekt tikmək istədilər

Bakıda ağacı kəsib obyekt tikmək istədilər

Tarix:

13-02-2019, 15:16

/ 840 dəfə oxundu.
Bakıda ağacı kəsib obyekt tikmək istədilər

Bakıda qurumuş ağac kəsilib. Bakı Şəhər İcra Hakimiyyətindən xalqxeber.az-a verilən məlumata görə, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin “V” yaşayış massivində ağac kəsilməsi və yerində obyekt tikintisinə hazırlıq görülməsi ilə əlaqədar “Qaynar xətt”ə vətəndaşlardan müraciətlər daxil olub.

Şəhər İcra Hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirib, həqiqətən də 1 qurumuş ağacın kəsilməsi faktı aşkarlanıb.

Faktla bağlı müvafiq araşdırma aparılıb, həmin ərazi məişət və digər tullantılardan təmizlənib və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən burada yeni ağaclar əkilib.

Eyni zamanda aidiyyəti qurumlara əraziyə nəzarətin artırılması tapşırılıb.

Şərhlər

XƏBƏR LENTİ