SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Zakir Qaralov Salyanda qəbul keçirəcək

Zakir Qaralov Salyanda qəbul keçirəcək

Tarix:

13-02-2019, 15:12

/ 844 dəfə oxundu.
Zakir Qaralov Salyanda qəbul keçirəcək

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il fevralın 22-də saat 10:00-da Salyan rayon prokurorluğunun inzibati binasında Şirvan şəhər, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayon sakinlərinin qəbulunu keçirəcək.

xalqxeber.az xəbər verir ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Salyan rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Şərhlər

XƏBƏR LENTİ