SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Təhsil Nazirliyinin hökmü Sumqayıt məktəblərinə şamil edilmir...? - RTŞ müdiri mətbuata verilən məlumatı inkar edir

Təhsil Nazirliyinin hökmü Sumqayıt məktəblərinə şamil edilmir...? - RTŞ müdiri mətbuata verilən məlumatı inkar edir

Tarix:

13-02-2019, 13:46

/ 1 244 dəfə oxundu.
Təhsil Nazirliyinin hökmü Sumqayıt məktəblərinə şamil edilmir...? - RTŞ müdiri mətbuata verilən məlumatı inkar edir

Bakunews.az-a xəbər verir ki, 12.02.2019-cu il tarixində Sumqayıt şəhər 9 saylı məktəbin direktor əvəzi Həqiqət Abdullayeva işindən azad edilməsi barədə bir neçə müəllim məlumat verilmişdi. Məlumatda H.Abdullayevanın vəzifəsini müvəqqəti icrası Oktay Nuriyevə verildiyini məhz Ulduz və Pərvanə xanımın iştirak etdiyi məktəb daxilində bildirilib. Amma nədənsə yenicə işindən azad edilən H.Abdullayeva bu məsələyə səssizliyini qorumaqdan imtina edərək günorta saatlarında Sumqayıt şəhər İcra Hakimiyyətinə gedərək Zakir Fərəcovla görüşmək istədiyini bildirib.

Hər zaman Sumqayıt İcra Hakimiyyətinin başçısı ilə görüşün mümkün olmadığını deyən şəhər sakinlərinin ifadələrinə alışdığımız söyləntilərdə burda özünün əksin tapmayıb. H.Abdullayevanın tələbi heç 5 dəqiqə belə çəkməyib desək yəqin yanılmarıq. Şəhər İcra Başçısı Zakir Fərəcovla görüşməyə müvvəfəq olmuş Həqiqət Abdullayeva görüşün sonunda məktəbə gələrək müvvəqəti vəsifə icraçısından məktəbə aid sənədlər və möhürü geri almışdır. Bəs necə olur ki, Nazirliyin göstərişi ilə RTŞ müdir tərəfindən göndərildiklərini iddia edən şəxslər Arzu Alızadənin məlumatı olmadan bu addımı ata bilirlər. Burdan belə nəticəyə gəlmək olar ki, artıq yenicə təyin edilmiş RTŞ müdiri vəzifə səlahiyyətini tam şəkildə icra edə bilmir. İdarənin məsləhətiçiləri məktəbdə istədikləri vəzifəli şəxsləri istədikləri zaman vəzifələrindən Arzu xanımın xəbəri olmadan azad etmə səlahiyyətinə malikdirlər.

Məsələ ilə bağlı RTŞ yeni müdiri ARZU ALIZADƏ ilə əlaqə saxladıq. İlk əlaqə zamanı 9 saylı məktəbin direktor əvəzinin işdən azad edilmədiyini və bunun yalan olduğunu qeyd etdi. Oktay Nuriyevin məhz oxu.az saytına açıqlamasını ona ikinci dəfə zəng edərək bildirdikdə isə sizdə deyirsiniz ki, Oktay müəllim verib açıqlamanı mənki verməmişəm - deyərək özünə haqq qazandırmağa çalışdı. Burdan bir məqama toxunmasaq olmur... necə olur idarə rəhbərindən xəbərsiz məsləhətçi açıqlama edir və sonda bundan müdir mənim xəbərim yoxdur deyə münasibət bildirə bilir. Sizcədə bu vəzifə səlahiyyətini icra edə bilməmək demək deyilmi? Arzu xanım nazirlikdən məktəblə bağlı hec bir tapşırıq və əmr gəlmədiyini iddia edərək işinin çox olmasını bildirdikdən sonra telefon dəstəyin asdı. Amma görünür dəstəyi asarkən onu yerinə düz qoymaq yaddından çıxıb. Dəstəyin asıldığını zən edən RTŞ müdirəsi pərdə arxası verildiyi göstərişlər heçdə bir rəhbərə yaraşan göstərişlər olmadığı tərəfimizdən də eşidildi. Verilmiş qərara don geyindirilməsi göstərişləri və məktəbə gedilmə prossesinin məhs tövsiyə xarakteri kəsb etməsini hər yerdə yaymalarını istəməsi elə bil artıq işçilərə məcburi yalana təhkim etmək kimi qiymətləndililməli olan məsələdir.

Xatırladaq ki, oxu.az xəbər portalındada "Sumqayıtda qalmaqallı məktəb direktoru işdən çıxarıldı" sərlövhəli yazı dərc edilmişdir. Və bu yazının dərc edilməsinə məhz RTŞ səlahiyyətlilərinin verdiyi məlumat əsasında tərtib edilməsi aşikardır. Amma Arzu xanım məsələnin Oktay müəllimin səhv məlumat verdiyini bildirməsi ilə yekunlaşdırmağa və artıqda heçnə demək istəmədiyini vurğulaması ilə yekunlaşdırdı. Oxu.az-da dərc edilən məqalənin tam mətni aşağıda qeyd edildiyi kimidir:


Sumqayıtda qalmaqallı məktəb direktoru vəzifəsindən azad edilib.

Bu barədə Oxu.Az-a Sumqayıt şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Oktay Nuriyev məlumat verib.

Onun sözlərinə görə, Sumqayıt şəhər 9 nömrəli məktəbin direktoru Həqiqət Abdullayeva bu gündən etibarən tutduğu vəzifədən azad edilib:

“Bu gündən etibarən Sumqayıt şəhər 9 nömrəli məktəbin direktor vəzifəsinin müvəqqəti icrası mənə tapşırılıb. Hazırda direktor vəzifəsinə təyinatla bağlı qərar qəbul edilməyib. Daha əvvəl yaşanan problemlə bağlı araşdırma isə davam edir”.

Xatırladaq ki, bir müddət əvvəldə Sumqayıt şəhər məktəbində direktor vəzifəsini müvvəqəti əvəz edən Mehriban Nəcəfova məhz yoxlamalar nəticəsində aşkarlanmış faktlarla bağlı vəzifəsinə məhs bu cür son verilmişdi. Amma onunda iddiası məni icra hakimiyyəti vəzifədə saxlayır kimi ifadələri nəticəsində Təhsil Nazirliyinin Daxili Nəzarət idarəsinin əməkdaşları tərəfindən Direktor otaqından zorla çıxarılması ilə yaddaşda qaldı. Bu gün baş verənlərdə məhz elə bunun yenidən təkrarlanmasına getməsini göstərməkdədir. Sanki kreslo sevdası bunların tutduğu vəzifənin əbədi bunlara miras qaldığını heç bir güc qüvvənin onları oradan tərpədə bilməməsi ilə xarakterizə edilməkdədir.

Vakant rus dili fənni üzrə 36 saat dərs müddətini nazirlikdə gizlədərək 23 saylı məktəbin rus dili müəlliməsinə 1000 (min) manat müqabilində Yeganə xanıma Həqiqət Abdullayeva verdiyini iddia edir. İddia bununla da bitmir, 09.02.2019-cu il tarixində açıq dərs keçirilməsi üçün müəllimlərdən 30 azn tələb edərək toplanması tapşırığını verib. Tələbə boyun əyməyən müəllimlər isə sıxışdırılmaqda olduğu bilgiləri mətbuata verilib. Üstəgəl ünvanı naməlum olan 15 azn müəllimələrdən yığılaraq izahı verilmədiyi də qeyd edilən məlumatlarda yer almaqdadır.

Sonda isə 9 saylı məktəbin, şər-böhtana, şərəf və ləyaqətin təhqir edilməsinə görə prokrorluğa müraciət edən əməkdaşlarının verdiyi məlumat da qeyd edilir ki, Həqiqət Abdullayevanın adı çəkilən məktəbdə çıxarılmayacağı təqdirdə, Prezident Aparatına gedərək məsələ ilə bağlı dahada yuxarı instansiyaların qərarın verilməsinə nail olmağı ümid edirlər. Hal-hazırda T.Nəsirova və Yeganə müəllimə ilə birlikdə Aparata yola düşmələri məlumatı verilmişdir. Həmçinin qeyd edək ki, Yeganə müəllimə ilə olan əmək müqaviləsinidə məhz qanunsuz olaraq xitam verən H.Abdullayeva 11-ci sinif şagirdlərini attestat verməyəcəyi ilə hədələmiş və müəllimə haqqında xoşa gəlməz izahat almağa nail olmuşdur. Məhz elə buna görədə Yeganə müəllimə H.Abdullayeva barəsində prokrorluğa rəsmi şikayət edib. Onun uşaqları guya siqaret almağa göndərdiyin əks edən izahat əsasında işindən azad edib.

Yazıda adları keçən şəxs və qurumların mövqe dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ