SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bahalaşma yaradan oliqarxlar: - Onlara qarşı hansı addım atılacaq?

Bahalaşma yaradan oliqarxlar: - Onlara qarşı hansı addım atılacaq?

Tarix:

13-02-2019, 09:26

/ 770 dəfə oxundu.
Bahalaşma yaradan oliqarxlar: - Onlara qarşı hansı addım atılacaq?

Prezident sərəncamı ilə minimum əməkhaqqı artırılaraq 180 manat müəyyən edilib.

Bu, 35.8 faiz artım deməkdir. Bundan əvvəl minimum aylıq əməkhaqqının məbləği 130 manat idi. Ölkəmizdə əməkhaqqı və təqaüdlərin artırılması adətən bazar qiymətlərinə təsirsiz ötüşmür. Azad bazar iqtisadiyyatı mühiti mövcud olmadığından, qiymətlər tam olaraq tələb və təklif amilləri ilə tənzimləmədiyindən, bir çox sahələr monopoliyada olduğundan süni qiymət artımı müşahidə olunur.

Bəzən isə əməkhaqqı və ya təqaüdlərin artırılması barədə xəbərlərdən dərhal sonra bahalaşma vüsət alır. Əməkhaqqı artımı müəyyən qrupları əhatə etsə də, bahalaşma bütünlüklə hər kəsin büdcəsinə təsir göstərir. Qeyd edək ki, budəfəki artımın təqribən 600 min nəfəri əhatə edəcəyi gözlənilir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mətbuata açıqlama verilib. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılmasına dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Minimum aylıq əməkhaqqı mart ayının 1-dən artırılacaq və artıq bununla bağlı Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.

Bəs bu dəfə də minimum əməkhaqqının artırılması bazar qiymətlərinə təsir edəcəkmi? Monopolist şirkətlər, bazara təsir qüvvəsi böyük olan oliqarxların vəziyyətdən sui-istifadə edəcəyi istisna deyil. Belə olan halda onlara qarşı hansı tədbir görülə bilər?

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, minimum əməkhaqqının artırılması hələ birbaşa əməkhaqqının artırılması demək deyil:

“Hazırda orta aylıq əməkhaqqı təxminən 500 manatın üzərindədir, amma minimum əməkhaqqı 38.5 faiz artırıldıqdan sonra 180 manat olub. Bu, rəsmi maaş alan vətəndaşlarımızın əməkhaqqına təsir edəcək. Hansı ki, həmin vəsait vətəndaşın əməyinə mütənasib deyil. Hesab edirəm ki, artım birbaşa bazara təsir etmək imkanına malik deyil. Amma hər halda iqtisadi baxımdan olmasa da, ölkədə əməkhaqqı artımı ilə bağlı tirajlanan xəbərlər bazara psixoloji təsir edəcək. Bu cür xəbərlər birbaşa əməkhaqqının artırılması kimi qəbul edilir. Bu baxımdan da, bazarda qiymət artımının müşahidə olunması mümkündür”.

Pensiyaların məbləğində də cüzi artırımların olduğunu deyən Akif Nəsirlinin sözlərinə görə, bu amillər Azərbaycanda onsuz da müşahidə olunan bahalaşmanı bir qədər də sürətləndirəcək.

Qeyd edək ki, bazarda mövsümi bahalaşma da müşahidə olunur. Bahalaşmaya təkan verən digər bir amil isə gömrük qiymətlərinin artırılmasıdır. Yaxınlaşan Novruz bayramı ərəfəsində də qiymətlərin artacağı deyilir.

Şərhlər

XƏBƏR LENTİ