SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıt 9 saylı məktəbin direktor əvəzi H.Abdullayeva tutduğu vəzifədən uzaqlaşdırıldı

Sumqayıt 9 saylı məktəbin direktor əvəzi H.Abdullayeva tutduğu vəzifədən uzaqlaşdırıldı

Tarix:

12-02-2019, 14:28

/ 1 017 dəfə oxundu.
Sumqayıt 9 saylı məktəbin direktor əvəzi H.Abdullayeva tutduğu vəzifədən uzaqlaşdırıldı

Bir müddətdir Sumqayıt 9 saylı tam orta məktəbin direktor əvəzi Həqiqət Abdullayeva ilə bağlı şikayətlərdən bəhs edən məqalələr səngimək bilmirdir. Məktəbdən verilən son məlumata görə, artıq Sumqayıt rayon rəhbərliyi və Təhsil nazirliyi məsələyə müdaxilə edərək dərs proseslərinin davamlı pozulmasının qarşısını almağa müvəfəq olmuş, H.Abdullayeva tutduğu vəzifədən və məktəbdən xaric edilmişdir. Redaksiyamıza verilən məlumatda qeyd edilir ki, xanım direktor əvəzi ilə bağlı səngimək bilməyən şikayətlərin ardı-arası kəsilməyib. Hətta ondan şikayət edənlər Sumqayıt şəhər prokrorluğuna da şikayətlərini qüvvədə saxladıqları barədə məlumatlarda verilməkdədir. H.Abdullayevanın fəaliyyəti dövründə təhsildə qeyri qanuni halların aşkarlanması ilə bağlı Regional Maliyyə Hesablaşma İdarəsinin rəhbəri Elxan Süleymanovda yoxlama nəticəsində bir çox pozuntuların aşkarlanması ilə bağlı bizə məlumat vermişdi. E.Süleymanovun qeydlərində belə deyilirdi: Mediada yazılanlar hələ harasıdır, biz orda yazılanlardan da qat-qat artıq faktlar üzə çıxarmışıq və əldə etdiyimiz bütün qanun pozuntuları ilə bağlı yoxlama əsnasında bir saatdan bir Nazirliyə məlumatlar göndərilirdi.

Etibarlı mənbənin Bakunews.az-a verdiyi məlumata görə, yaxın zamanlarda baş vermiş məlum olaylardan sonra dövlət büdcəsindən qeyri qanuni əldə edilən vəsaitlər dövlət hesabınada köcürdülmüşdür. Həmçinin qeyd edilir ki, H.Abdullayevanın qanunsuz əməlləri ilə bağlı nazirlikdə qanuni tədbirlərin görülməsinə dair ciddi addımlar atacaqı gözləniləndir. Nəticədə məktəb daxilində qalan ölücanların tez bir zamanda aradan qaldırılacağınada ümidvarıq. Hazırda direktor kürsüsünü müvəqqəti olaraq RTŞ-nin əməkdaşı Oktay müəllim əvəz etməkdədir.

BakuNews.az

Şərhlər

XƏBƏR LENTİ